559) Salisil turşusu törəmələri qrupundan olan iltihabəleyhinə maddə hansıdır?
A) Lovastatin
B) Metamizol natrium
C) Disinon
D) Parasetamol
E) Asetilsalisil turşusu
Ədəbiyyat: D.Hüseynov. Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
560) Sadalananlardan hansı paraaminofenol törəmələri qrupundan olan iltihabəleyhinə dərman vasitələrinə aiddir?
A) Fenilbutazon
B) Reviparin
C) Parasetamol
D) Diklofenak natrium
E) Mefenam turşusu
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
561) Fenil-propion turşusunun törəməsi olan iltihabəleyhinə maddə hansıdır?
A) Metronidazol
B) Naproksen
C) İndometasin
D) İbuprofen
E) Asiklovir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
Dostları ilə paylaş: |