795) Hansı bitkinin tərkibində narkotik təsirə malik alkaloidlər vardır?
A) Üskükotu
B) Jenşen
C) Cökə
D) Xaş-xaş
E) Xoruzgülü
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
796) Boranı toxumlarından tibbi təcrübədə hansı məqsəd üçün istifadə edilir?
A) Qurdqovucu kimi
B) Ödqovucu kimi
C) İltihab əleyhinə vasitə kimi
D) Sakitləşdirici kimi
E) Sidikqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
797) “Xolosas” preparatı hansı dərman bitki xammalından hazırlanır?
A) Keşniş meyvələrindən
B) İtburnu meyvələrindən
C) Çaytikanı meyvələrindən
D) Quşarmudu meyvələrindən
E) Qara qarağat meyvələrindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
798) Üskükotu preparatları(digitalis ianata) hansı xəstəliklərdə istifadə edilir?
A) Qaraciyər xəstəliklərində
B) Oynaq xəstəliklərində
C) Mədə-bağırsaq traktının xəstəliklərində
D) Ürək xəstəliklərində
E) Mərkəzi sinir sisteminin xəstəliklərində
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |