870) Hansı bitkinin tərkibində atropin alkaloidi vardır?
A) Quşəppəyi
B) Aloe
C) Tozağacı
D) Xəşənbülotu
E) Xanımotu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
871) Palıd qabığının preparatları tibbi təcrübədə hansı məqsədlə istifadə olunur?
A) Qurdqovucu kimi
B) Büzüşdürücü, iltihab əleyhinə preparat kimi
C) Bürüyücü kimi
D) Qıcıqlandırıcı kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
872) Tərkibində zəhərli maddələr olan dərman bitki xammalı harada saxlanılır?
A) Sərin və qaranlıq yerdə
B) Qapısı xüsusi kilidlə bağlanmış və plomblanmış anbarlarda
C) Havası tez-tez dəyişdirilən anbarlarda
D) Digər bitki xammalları ilə bir yerdə
E) İşıqlı və quru yerdə
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
873) Dərman bitki xammallarının tərkibində olan hansı maddələr ballast maddələr adlanır?
A) Alkaloidlər
B) Polisaxaridlər
C) Farmakoloji fəal maddələr
D) Farmakoloji cəhətdən indifferent (təsirsiz) maddələr
E) Qlikozidlər
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
Dostları ilə paylaş: |