893) Aşağıda göstərilən nümunələrdən hansı kimyəvi antaqonizmə aiddir?
A) Heparin – Protamin-sulfat
B) Etil spirti - Antabus
C) Narkotik analgetiklər - Nalokson
D) Antidepolyarizəedici kurareyəbənzər maddələr – Antixolinesteraz maddələr
E) M-xolinoblokatorlar – M-xolinomimetiklər
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
894) Daxilə qəbul edilən dərman maddəsinin biomənimsənilmə dərəcəsi hansı faktordan asılı deyil?
A) Limfanın axın sürətindən
B) Bağırsaqdaxili mühitin pH-dan
C) Qaraciyərin mikrosomal fermentlərinin aktivliyindən
D) Bağırsaqların qan təchizatından
E) Dərman maddəsinin mədə-bağırsaq traktından sorulma sürətindən
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
895) Aşağıdakı preparatlardan hansı orqanizmə daxil edilmə (yeridilmə) yolundan asılı olaraq müxtəlif farmakoloji effektlər törədir?
A) Atropin-sulfat
B) Platifillin-hidrotartrat
C) Maqnezium-sulfat
D) Nootropil
E) Papaverin-hidroxlorid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |