930) Aşağıdakı preparatlardan hansılar Qalen preparatlarına aiddir?
A) İnyeksiya dərman formaları
B) Suspenziyalar, emulsiyalar
C) Məhlullar, miksturalar
D) Tinkturalar, ekstraktlar
E) Dəmləmə və bişirmələr
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
931) Allergik mənşəli əlavə təsir nədən asılıdır?
A) Orqanizmin fərdi xüsusiyyətlərindən
B) Göstərilənlərin hamısından
C) Dərman maddəsinin dozasından
D) Dərman maddəsinin farmakoloji xassələrindən
E) Dərman maddəsinin kimyəvi quruluşundan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
932) Müəyyən ferment sisteminin irsi çatışmazlığı ilə bağlı olaraq orqanizmin hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Allergiya
B) İdiosinkraziya
C) Vərdişolma
D) Sinergizm
E) Dərmandan asılılıq
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
933) Orqanizmin immun mexanizmlə bağlı olaraq hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Allergiya
B) İdiosinkraziya
C) Vərdişolma
D) Sinergizm
E) Dərmandan asılılıq
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
Dostları ilə paylaş: |