90) Anatoksinlər və vaksinlər üçün hansı optimal temperatur rejimi vacibdir?
A) +10 - +12° C
B) -2 - +3° C
C) +2 - +8° C
D) +15 - +25° C
E) 0 - +2° C
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanılmasının təşkili, metodiki vəsait, Bakı, 2004
91) Aptek müəssisələrində hansı göstəriciyə instrumental nəzarət mütləq həyata keçirilməlidir?
A) İşığın intensivliyinə
B) Səs tezliyinə
C) Havanın temperaturuna
D) Havada olan qazların miqdarına
E) Ventilyasiyaya
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
92) Rezin məmulatlarının saxlanması zamanı havanın nisbi rütubəti necə olmalıdır?
A) 50%
B) 60%
C) 65% və daha çox
D) 30%-qədər
E) 40%
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanılmasının təşkili, metodiki vəsait, Bakı, 2004
Dostları ilə paylaş: |