213) Çoxmərkəzli Kastelman xəstəliyinin müalicəsində istifadə olunan Situximab dərman vasitəsi hansı siyahıya daxildir?
A) Reseptsiz buraxılan dərman vasitələrinin siyahısı
B) Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin siyahısı
C) Əsas dərman vasitələrinin siyahısı
D) Şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısı
E) Narkotik və psixotrop vasitələrin və onların prekursorlarının siyahıları
Ədəbiyyat: (. Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin siyahısı.
214) Həyati vacib və təcili hallarda istifadə olunan dərman vasitələrinin siyahısına daxil olan dərman preparatlarından hansının pərakəndə aptek şəbəkəsində mövcud olması vacibdir?
A) Barium Sulfat
B) Diqoksin
C) Aktivləşdirilmiş kömür
D) Haloperidol
E) İndinavir
Ədəbiyyat: (. Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
215) Dərman vasitəsinin biomühitdə gedən metabolik proseslər nəticəsində onun özünə çevrilən, kimyəvi modifikasiya (efir, duz, efir duzu və s.) olunmuş forması anlayışı verilənlərdən hansına aiddir?
A) Prodərmanlar
B) Prebiotiklər
C) Prekursorlar
D) Generik dərman vasitələri
E) Orijinal dərman vasitələri
Ədəbiyyat: Онлайн Медицинская энциклопедия.
Dostları ilə paylaş: |