417) Zəhərli dərman bitki xammalları anbarlarda necə saxlanılır?
A) A siyahısı üzrə seyfdə və ya metal şkaflarda ayrıcı yerlərdə
B) Dəmir barmaqlıqlı ayrıca yerlərdə
C) Anbar sahəsinin siqnalizasiyası və plombu olmalıdır
D) A siyahısı üzrə ayrıca yerlərdə
E) İşıq, səs siqnalizasiyalı pəncərələrində dəmir barmaqlığı və işin sonunda plomblanan dəmir qapısı olan ayrıcı anbar sahəsində (A siyahısı üzrə)
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
418) Tərkibində aşı maddələri olan bitki xammalından nə zaman istifadə olunur?
A) Qəbizlikdə, hipertoniyada
B) Diabet zamanı
C) Avitaminozlar zamanı
D) Zəhərlənmələrdə və iltihabi proseslər zamanı büzüşdürcü dərman vasitəsi kimi
E) Maddələr mübadiləsinin yaxşılaşdırılması üçün
Ədəbiyyat: Ю.Б.Керимов, Н.А.Исламова, Д.С.Халилов, Р.Э.Джафарова, Т.А.Сулейманов, Д.И.Исаев, Э.М.Агаев. Перспектива использования лекарственного растительного сырья и производства фитопрепаратов в Азербайджане. Баку, 1996.
419) Bitki orqanizmində hansı məhsullar ikincili metabolizmin nəticəsində əmələ gəlir?
A) Ehtiyat qida vasitələri
B) Zülallar, vitaminlər, saponinlər, piyli yağlar
C) Polisaxaridlər, vitaminlər, kumarinlər
D) Alkaloidlər, terpenoidlər, fenol birləşmələri, steroidlər
E) Lipidlər, efir yağları, zülallar
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
Dostları ilə paylaş: |