4) Statistik uçotun хarakterik хüsusiyyəti nədən ibarətdir?
A) Aptekdə malın hərəkətinə nəzarət etmək üçün tətbiq edilir
B) Aptekin təsərrüfat fəaliyyətinin keyfiyyət göstəricilərinin təhlili ilə məşğul olur
C) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin хarakteristikası haqqında məlumat verir
D) Aptekin təsərrüfat fəaliyyətini pul ifadəsində əks etdirir
E) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət göstəricilərinin təhlili ilə məşğul olur
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
5) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 saylı 1998-ci il tarixli qərarı nə barədədir?
A) Əczaçılıq mallarının saxlanması barədə
B) Narkotik dərman vasitələrinin saxlanması barədə
C) Zəhərli dərman vasitələrinin uçotu barədə
D) Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq olunması barədə
E) Reseptlərin buraxılması qaydaları barədə
Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
6) Dərman vasitələrinin dövlət qeydiyyatının həyata keçirilməsi hansı təşkilatın əsas vəzifələrinə daxildir?
A) Səhiyyə Nazirliyinin
B) Statistika idarəsinin
C) Rayon icra hakimiyyətinin
D) Şirkət və firmaların
E) Vergi müfəttişliyinin
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007
Dostları ilə paylaş: |