61) Rezin məmulatlarının sterilizasiyası hansı üsullarla aparılır?
A) Qeyd olunanlardan heç biri
B) Kimyəvi sterilizasiya yolu ilə
C) Suda qaynatmaqla
D) Avtoklavlaşdırma yolu ilə
E) Bütün qeyd olunan üsulların hamısı ilə
Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 76
62) Aşağıdakılardan hansı müalicə-profilaktika müəssisələrinin aptek şöbəsində dərman ehtiyatını düzgün xarakterizə edir?
A) Narkotik dərman vasitələrinin ehtiyatı – 7 günlük tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır
B) Narkotik dərman vasitələrinin ehtiyatı – 15 günlük tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır
C) Narkotik dərman vasitələrinin ehtiyatı - 10 həftəlik tələbadan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır
D) Narkotik dərman vasitələrinin ehtiyatı - 3 həftəlik tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır
E) Narkotik dərman vasitələrinin ehtiyatı – 1aylıq tələbatdan, digər dərmanların ehtiyatı isə - 2 aylıq tələbatdan çox olmamalıdır
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002.
Dostları ilə paylaş: |