807) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) Kombe strofantı
B) Boz sarılıqotu
C) Üskükotu
D) May inciçiçəyi
E) Xoruzgülü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
808) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Evkalipt yarpaqları
B) Səna yarpaqları
C) Adaçayı yarpaqları
D) Bəlğəmotu kökü
E) Acı yovşanotu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
809) “Adonizid” hansı bitkinin preparatıdır?
A) Oleandr
B) Kombe strofantı
C) Xoruzgülü
D) May inciçiçəyi
E) Üskükotu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
810) Xanımotu bitkisindən hazırlanan preparatlar necə təsir edir?
A) Göz bəbəklərini daraldır
B) Tər vəzilərinin şirə ifrazını artırır
C) Sedativ təsir göstərir
D) Daxili orqanların saya əzələlərinin tonusunu artırır
E) Ağızsuyu və tər vəzilərinin şirə ifrazını azaldır
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |