815) Lanolin nədən alınır?
A) Suitinin piyindən
B) Gənəgərçək toxumundan
C) Qoyun yunundan
D) Zəyərək toxumundan
E) Balığın qaraciyərindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
816) Strofant toxumunun tinkturası hansı xəstəliklər zamanı istifadə edilir?
A) Ürək xəstəlikləri
B) Sinir sisteminin xəstəlikləri
C) Mədə-bağırsaq traktının xəstəlikləri
D) Öd kisəsinin xəstəlikləri
E) Qaraciyər xəstəlikləri
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
817) Gənəgərçək yağından təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Sidikqovucu kimi
B) Ödqovucu kimi
C) Yuxugətirici kimi
D) İşlədici kimi
E) Qurdqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
818) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) Zəyərək toxumu
B) Zəncirotu kökü
C) Bəlğəmotunun kökü
D) Eleuterokokkun kökümsovu
E) İyirin kökümsovu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |