835) Qlükozanın hansı məhlulları hipertonik məhlullardır?
A) 0,5; 2; 5
B) 10; 25; 40
C) 5; 10; 40
D) 5; 10; 20
E) 10; 20; 30
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
836) Göstərilən maddələrdən hansı draje formasında buraxılmır?
A) Diazolin
B) Aminazin
C) Propazin
D) Dikain
E) Askorbin turşusu
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
837) Tabletlər hansı dərman formalarına aiddir?
A) Dozalanmış bərk dərman formalarına
B) Zavod üsulu ilə hazırlanan dərman formalarına
C) Preslənmiş dərman formalarına
D) Dozalanmamış bərk dərman formalarına
E) Yumşaq dərman formalarına
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
838) Tabletlərin mənfi cəhətləri hansıdır?
A) Saxladıqda parçalanmasını itirir (sementləşir)
B) Dərmanın xoşagəlməyən dadını və qoxusunu biruzə verir
C) Dozalandırılması dəqiq deyildir
D) Daşınması çətindir
E) Buraxılması və saxlanılması əlverişsizdir
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
Dostları ilə paylaş: |