878) Dərmanın yerli istifadə üsuluna aşağıdakılardan hansı aid deyil?
A) İntravaginal
B) Transdermal
C) İntranazal
D) İntrarektal
E) İntrakardial
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
879) Reseptdə zəhərli dərman maddəsi həkim tərəfindən məqsədli şəkildə birdəfəlik dozadan artıq miqdarda yazılarsa, həkim resepti necə tərtib etməlidir?
A) Şəxsi möhürü ilə təsdiq etməlidir
B) Resepti imzası ilə təsdiq etməlidir
C) Reseptin üzərində “Cito” və ya “Statim” sözlərini qeyd etməlidir
D) Dozanı rəqəmlə göstərməli, sonra mötərizədə sözlə yazıb qarşısında nida işarəsi qoymalıdır
E) Dozanın qarşısında nida (!) işarəsi qoymalıdır.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
880) Aşağıdakılardan hansı təkrar istifadə zamanı funksional kumulyasiya törədə bilər?
A) MAO-nun inhibitorları
B) Narkotik analgetiklər
C) M-xolinomimetiklər
D) Ürək qlikozidləri
E) Etanol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |