884) Dərman maddəsinin teratogen təsiri hansı dövrdə özünü göstərə bilər?
A) 40 yaşdan yuxarı qadınlarda
B) Yenidoğulmuş uşaqlarda
C) Hamiləliyin sonuncu trimestrində
D) Preimplantasiya dövründə
E) Hamiləliyin birinci trimestrində
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
885) Orqanizmdə hər hansı komponentin çatışmazlığının həmin komponentin dərman preparatının orqanizmə yeridilməsi ilə aparılan müalicəsi necə adlanır?
A) Möhkəmləndirici müalicə
B) Patogenetik müalicə
C) Əvəzedici müalicə
D) Etiotrop müalicə
E) Simptomatik müalicə
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
886) Qan plazmasının qaraciyər vasitəsilə dərman vasitəsindən təmizlənməsi hansı terminlə ifadə olunur?
A) Yarımxaricolma dövrü
B) Ümumi (total) klirens
C) Hepatik klirens
D) Renal klirens
E) Yarımparçalanma dövrü
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
887) Xəstəliyi törədən səbəbi aradan qaldırmaq üçün aparılan dərman müalicəsi necə adlanır ?
A) Əvəzedici müalicə
B) Profilaktik müalicə
C) Kimya-terapiya
D) Etiotrop və ya kauzal müalicə
E) Simptomatik müalicə
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |