915) Latın dilində “Unguentum” sözünün mənası nədir?
A) Ərinti
B) Qarışıq
C) Məlhəm
D) Yumşaq
E) Məhlul
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
916) Məlhəm əsası kimi ən çox nə işlənir?
A) Bitki yağlarıı
B) Badam yağı
C) Vazelin
D) Şaftalı yağı
E) Kakao yağı
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elmvə təhsil”-2014
917) Reseptdə məlhəm əsası göstərilmədikdə məlhəm əsası kimi hansı yağdan istifadə edilir?
A) Vazelin
B) Parafin
C) Naftalan nefti
D) Lanolin
E) Donuz piyi
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
918) Məlhəmdə dərman maddəsinin miqdarı göstərilmədikdə məlhəm neçə faizli hazırlanmalıdır?
A) 15%
B) 2%%
C) 5%
D) 20%
E) 10%
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
919) Hansı məlhəmlərə reseptlər həm tam, həm də ixtisar olunmuş şəkildə yazıla bilər?
A) Tərkibcə bir dərman maddəsindən və bir neçə məlhəm əsasından ibarət olan məlhəmlərə
B) Tərkibində zəhərli dərman maddəsi olan məlhəmlərə
C) Tərkibində güclü təsirə malik dərman maddəsi olan məlhəmlərə
D) Tərkibcə bir dərman maddəsindən və məlhəm əsasından ibarət olan məlhəmlərə
E) Tərkibcə iki və daha çox dərman maddəsindən və məlhəm əsasından ibarət olan məlhəmlərə
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |