943) Birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələrinin təsir mexanizmi necədir?
A) Onlar xolinergik sinapslarda xolinesterazanı aktivləşdirir
B) Onlar bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir
C) Onlar xolinergik sinapslarda xolinesterazanı inaktivləşdirir
D) Onlar bilavasitə m- və n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir
E) Onlar bilavasitə m- və n-xolinoreseptorları blokadaya alır
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
944) Dolayı təsirli m-, n-xolinomimetik dərman maddələri nə üçün antixolinesteraz maddələr adlandırılır?
A) M- və n-xolinoreseptorları blokadaya aldıqları üçün
B) Xolinergik sinapslarda xolinesterazanı aktivləşdirdikləri üçün
C) Xolinergik sinapslarda xolinesterazanın katalitik fəaliyyətini azaltdıqları üçün
D) M- və n-xolinoreseptorlara birbaşa qıcıqlandırıcı təsir göstərdikləri üçün
E) Bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərdikləri üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
945) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün onların məhlullarına hansı maddə əlavə edilir?
A) Benzilpenisillin
B) Etil spirti
C) Diazepam
D) Epinefrin (Adrenalin-hidroxlorid)
E) Efedrin-hidroxlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
946) Hansı yerli anesteziyaedici maddə parçalandıqda para-aminobenzoy turşusu əmələ gəlir?
A) Kokain
B) Prokain-hidroxlorid (novokain)
C) Lidokain
D) Benzokain (anestezin)
E) Trimekain-hidroxlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |