951) Aşağıdakı metal oksidlərindən hansı kseroformun tərkibininə daxildir?
A) Bismut 3-oksid
B) Dəmir 3-oksid
C) Mis 2-oksid
D) Titan 4-oksik
E) Dəmir 2-oksid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
952) Aşağıdakı göstərilənlərdən hansılar qeyri-üzvi büzüşdürücü maddələrə aiddir?
A) Kalium-alüminium zəyi, tannin, qurğuşun-asetat
B) Romazulan, dermatol, kseroform
C) Alüminium-hidroksid, maqnezium-hidroksid, tannin
D) Qurğuşun-asetat, adaçayı yarpaqlarının dəmləməsi, palıd qabığının bişirməsi
E) Əsasi bismut-nitrat, kalium-alüminium zəyi, qurğuşun-asetat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
953) Aşağıda sadalanan xüsusiyyətlərdən hansı büzüşdürücü maddələrə aid deyildir?
A) Büzüşdürücü maddələr zəif antimikrob təsirə malikdir
B) Büzüşdürücü maddələr selikli qişada zülalı pıxtalaşdırır
C) Büzüşdürücü maddələr yara səthində olan zülalı pıxtalaşdırmaqla büzüşdürücü təsir göstərir
D) Büzüşdürücü maddələr güclü antimikrob təsirə malikdir
E) Büzüşdürücü maddələrin zülalı pıxtalaşdırmaqla əmələ gətirdiyi təbəqə hissi sinir uclarını qıcıqlandırıcıların təsirindən qoruyur.
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |