80) Rezin məmulatlar hansı qaydada saxlanılmalıdır?
A) Otaq temperaturunda açıq yerdə saxlanılmalıdır
B) 0 - +10° C temperaturda, qaranlıq, kip bağlanan yerdə saxlanılmalıdır
C) +15 - +25 C temperaturda, havalı, açıq, geniş yerdə saxlanılmalıdır
D) +10 - +20° C temperaturda, quru, havalı, lazımi avadanlıqla təchiz olunan yerdə saxlanılmalıdır
E) 0 - +20° C temperaturda, yarımqaranlıq, quru, kip bağlı, lazımi avadanlıqla təchiz olunan yerdə saxlanılmalıdır
Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 10
81) Dərman vasitələrinin Analitik-Ekspertiza Mərkəzinin vəzifə və funksiyalarına nə daxildir?
A) Dərman vasitələrinin və digər əczaçılıq məhsullarının istehsalı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi və ləğv edilməsi
B) Bioloji-aktiv əlavələrin (BAƏ) idxalı və satışı üçün icazənin verilməsi
C) Keyfiyyət, təhlükəsizlik və effektivlik göstəricilərinə əsaslanaraq dərman vasitələrinə sertifikatın (lisenziyanın) verilməsi, dəyişdirilməsi və ləğv edilməsi
D) Əczaçılıq fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi və ləğv edilməsi
E) Dərman vasitələrinin idxalına xüsusi razılığın (lisenziyanın) verilməsi
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, ı hissə B, 2002, 67
82) Dərman vasitələrinin xarici görünüşünə görə keyfiyyəti şübhə yaradırsa, onların yoxlanılması üçün hara göndərilir?
A) Əczaçılıq idarasinə
B) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə (DVAEM )
C) Xarici analitik laboratoriyaya
D) Biokimyəvi laboratoriyaya
E) Aptekin kimyaçı- analitikinə
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
Dostları ilə paylaş: |