102) Dərman vasitələrinin müvafiq keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd hansıdır?
A) Keyfiyyət sertifikatı
B) Pasport
C) Təlimat
D) Standart
E) Farmakopeya məqaləsi
Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
103) “Dərman vasitələrinin təhlükəsizliyi” terminini ətraflı izah edən xarakteristika hansıdır?
A) Dərman vasitəsinin yüksək keyfiyyəti
B) Dərman vasitələrinin beynəlxalq standartların tələblərinə uyğunluğu
C) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi
D) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu
E) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi
Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
Dostları ilə paylaş: |