106) Əczaçılıq fəaliyyətinin hansı növü üzrə xüsusi razılıq (lisenziya) verilə bilməz?
A) Dərman vasitələrinin topdansatışı
B) Dərman vasitələrinin istehsalı
C) Dərman vasitələrinin pərakəndə satışı
D) Dərman vasitələrinin ekspertizası
E) Dərman vasitələrinin idxalı
Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
107) Azərbaycan Respublikasında dövlət qediyyatına alınmış dərman vasitələri hansı rəsmi siyahıya daxil edilir?
A) Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısına
B) Həyatı vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısına
C) Dövlət Reyestrinə
D) Dövlət Farmakopeyasına
E) Pulsuz və güzəştli dərman vasitələrinin siyahısına
Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
108) Hansı tədqiqatlar nəticəsində dərman vasitəsinin yararlılıq müddəti müəyyən olunur və rəsmi təyin edilir?
A) Dərman vasitəsinin sabitliyinin yoxlanılması zamanı
B) Dərman vasitəsinin əmtəə ekspertizası zamanı
C) Dərman vasitəsinin miqdarının təyinini zamanı
D) Dərman vasitəsinin keyfiyyətinin yoxlanılması zamanı
E) Dərman vasitəsinin ixtisaslaşdırılmış ekspertizası zamanı
Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
Dostları ilə paylaş: |