12) Lisenziya almaq üçün aşağıdakı sənədlərdən hansı mütləq təqdim edilməlidir?
A) Malın keyfiyyət sertifikatı
B) Malın alınma sənədi
C) Rayon İcra başçısından arayış
D) Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
E) Dərman vasitələrinin siyahısı
Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
13) Aptekin təsərrüfat fəaliyyətində uçotun hansı ölçülərindən istifadə olunur?
A) Əmək məhsuldarlığı
B) Miqdar ölçüsü, kəmiyyət, keyfiyyət ölçüləri
C) Əmək normaları, bir işçiyə düşən normalar
D) Vaхt ölçüsü, pul ölçüsü, keyfiyyət ölçüləri
E) Natural ölçü, pul ölçüsü və əmək ölçüsü
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
Dostları ilə paylaş: |