125) Alınmasına görə yarımsintetik maddələr hansılar hesab edilir?
A) Alınması üçün ilkin maddələr təbii mənşəli olduqda
B) Yalnız aşağı temperaturda sintez olunanlar
C) Yalnız yüksək təzyiq altında sintez olunanlar
D) Alınması üçün ilkin maddələrdən biri təbii mənşəli olduqda
E) Alınması üçün ilkin maddələr sintetik mənşəli olduqda
Ədəbiyyat: Əliyev H. Əczaçılıq kimyası .Bakı, “ Maarif” Nəşriyyatı,1979, I cild 355 s.
126) Əczaçılıq məhsullarının yayımlanmasının üç səviyyəli kanalı hansı iştirakçıların fəaliyyətini əhatə edir?
A) Əczaçılıq məhsulunun istehsalçısı, topdansatış vasitəçi, aptek anbarı, pərakəndə aptek şəbəkəsi, son istehlakçı (ambulator, stasionar xəstələr və digər əhali);
B) Əczaçılıq məhsulunun istehsalçısı, son istehlakçı (ambulator, stasionar xəstələr və digər əhali);
C) Son istehlakçı (ambulator, stasionar xəstələr və digər əhali), pərakəndə aptek şəbəkəsi, əczaçılıq məhsulunun istehsalçısı;
D) Əczaçılıq məhsulunun istehsalçısı, topdansatış vasitəçi, pərakəndə aptek şəbəkəsi, son istehlakçı (ambulator, stasionar xəstələr və digər əhali);
E) Əczaçılıq məhsulunun istehsalçısı, pərakəndə aptek şəbəkəsi, son istehlakçı (ambulator, stasionar xəstələr və digər əhali).
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
Dostları ilə paylaş: |