180) Aşağıdakı məlumatlardan hansı dərman vasitələrinin xəstələr üçün istifadəsi üzrə təlimatları əks etdirmir?
A) Dərman vasitəsinin əks göstərişləri,
B) Təsiredici maddənin miqdarı və keyfiyyət təyininin üsulu
C) Dərman vasitəsinin tətbiqi zamanı təhlükəsizlik tədbirləri
D) Yararlılıq müddəti
E) Saxlanma və buraxılma şərtləri
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
181) Narkotik və psixotrop vasitələrin hazırlanmasında istifadə olunan əsas və yardımçı kimyəvi maddələr hansılardır?
A) Prodərmanlar
B) Orijinal preparatlar
C) Generiklər
D) Prebiotiklər
E) Prekursorlar
Ədəbiyyat: AzR-sının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə AzR-sının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları (2005-ci il 28 iyul tarixli 960-IIQ saylı AzR-sının Qanunu ilə təsdiq edilmişdir). Baki, 2007.
Dostları ilə paylaş: |