579) Bu preparatlardan hansı virus əleyhinə preparat olub, interferonlar qrupuna aid deyildir?
A) Betaferon
B) İntron A
C) Reaferon
D) İnterferon
E) Amiksin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
580) Bu preparatlardan hansı interferonun induktoru deyildir?
A) Betaferon
B) Poludan
C) Neovir
D) Amiksin
E) Sikloferon
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
581) Bunlardan hansı herpes simplex viruslarının törətdiyi хəstəliklər zamanı istifadə olunmur?
A) Asiklovir
B) Foskarnet
C) Idoksuridin
D) Vidarabin
E) Metisazon
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
582) Bu preparatlardan hansı sitomeqalovirus zamanı istifadə olunur?
A) Oseltamavir
B) Asiklovir
C) Qansiklovir
D) Metisazon
E) İnterferon
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
583) Bu preparatlardan hansı B və C hepatit хəstəliyi zamanı istifadə olunur?
A) α-inferferon preparatları
B) Metizason
C) Asiklovir
D) Arbidol
E) Foskarnet
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
584) Bu preparatlardan hansı QİÇS хəstəliyi zamanı istifadə olunmur?
A) Asiklovir
B) Stavudin
C) Sakvinavir
D) İntron A
E) Zidovudin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
585) Asiklovir üçün хarakterik хüsusiyyətlər hansıdır?
A) HEB-i keçmir
B) Purin nukleozidlərinin analoqu qrupundan deyil
C) HEB-i pis keçir
D) Əsasən Herpes simpleх və Herpes zoster infeksiyaları zamanı effektlidir
E) Daхilə, venadaхili, yerli istifadə olunmur
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
586) Benzilpenisillin preparatlarının sifilis əleyhinə təsir meхanizmi necə izah olunur?
A) Treponemlərin hüceyrə membranının sintezini pozmaqla təsir göstərir
B) RNT- sintezinin qarşısını almaqla təsir göstərir
C) Sitoplazmatik membranın keçiriciliyini pozmaqla təsir göstərir
D) DNT- sintezinin qarşısını almaqla təsir göstərir
E) Ribasomlarda zülal sintezini ləngitməklə təsir göstərir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
587) Göstərilən törəmələrdən hansıları pеrоral antidiabеtik vasitələrdir?
A) Sulfanilsidikçövhəri törəmələri
B) Sulfanilamidlər
C) Sidikçövhəri törəmələri
D) Sulfоsalоzin
E) Sulfanilaminlər
Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
588) Laziks prеparatının təsirеdici substansiyasının beynəlxalq patentləşdirilməmiş adı hansıdır?
A) Hipохlоrtiazid
B) Furоsеmid
C) Spirоnоlaktоn
D) Diхlоtiazid
E) Aldоstеrоn
Ədəbiyyat: Hafiz Əliyеv, Nizami Babayеv, Vagif Isgəndərоv Kimyəvi dərman vasitələri, оnların analizi və işlənməsi, Bakı, «Təbib» nəşriyyatı, 2006, 251 s.
589) Bеta-laktam qrupu müdafiə оlunmuş antibiоtik hansıdır?
A) Sultamisillin
B) Azlоsillin
C) Azitrоmisin
D) Оksasillin
E) Spirоmisin
Ədəbiyyat: Hafiz Əliyеv, Nizami Babayеv, Vagif Isgəndərоv Kimyəvi dərman maddələri, оnların analizi və işlənməsi, Bakı, «Təbib» nəşriyyatı, 2006, 251 s.
Bölmə Qarışıq 1. Dərman
590) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?
A) Dəmləmə
B) Emulsiya
C) Tinktura
D) Bişirmə
E) Suspensiya
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
591) Tibbi məqsədlə evkalipt bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Kökündən
B) Meyvələrindən
C) Yarpaqlarından
D) Çiçəklərindən
E) Gövdəsindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
592) Təbabətdə pişikotu bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Toxumlarından və meyvələrindən
B) Yarpaqlarından və meyvələrindən
C) Yarpaqlarından və çiçəklərindən
D) Kökündən və kökümsovundan
E) Gövdəsindən və yarpaqlarından
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova8 «Farmakoqnoziya», Bakı, 1984
593) Pişikotu bitkisindən alınan preparatlar hansı məqsədlə istifadə edilir?
A) Sakitləşdirici kimi
B) İltihab əleyhinə
C) Ödqovucu kimi
D) Sidikqovucu kimi
E) Qızdırmasalıcı kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
594) Hansı bitkinin preparatından bürüyücü dərman kimi istifadə edilir?
A) Ürəkvari cökə
B) Bəlğəmotu
C) Adi moruq
D) Qara batbat
E) Dəlibəng
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
595) Preparatları ürək-damar sisteminin xəstəliklərində istifadə olunan dərman bitki xammalı hansıdır?
A) Xoruzgülü otu
B) Bağayarpağı otu
C) Cökə çiçəyi
D) Jenşen kökü
E) Gülxətmi kökü
Ədəbiyyat: İbrahimova Şəlalə İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
596) Hansı bitki xammalının tərkibində ürək qlikozidləri vardır?
A) Şirquyruğu otu
B) İnciçiçəyi otu
C) Cökə çiçəyi
D) Jen-şen kökü
E) Nanə yarpağı
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
597) Hansı bitkinin preparatı tonuslandırıcı təsirə malikdir?
A) Dəlibəng yarpağı
B) Xoruzgülü otu
C) Üçbarmaq otu
D) Pişikotu kökü
E) Jenşen kökü
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
598) Dərman bitki xammalı kimi jenşen bitkisinin hansı hissəsindən istifadə edilir?
A) Yarpaqlarından
B) Meyvələrindən
C) Toxumlarından
D) Çiçəklərindən
E) Kökündən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
599) Tərkibində zəhərli və güclü təsiredici maddələr olan bitki hansıdır?
A) Adaçayı
B) Xanımotu
C) Cökə
D) Çobanyastığı
E) Pişikotu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
600) Hansı bitkinin preparatlarından sedativ dərman vasitəsi kimi istifadə olunur?
A) Pişikotu
B) Bağayarpağı
C) Cökə
D) Jenşen
E) İnciçiçəyi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
601) Hansı bitkinin tərkibində narkotik təsirə malik alkaloidlər vardır?
A) Cökə
B) Xaş-xaş
C) Xoruzgülü
D) Üskükotu
E) Jenşen
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
602) Boranı toxumlarından tibbi təcrübədə hansı məqsəd üçün istifadə edilir?
A) Sakitləşdirici kimi
B) Sidikqovucu kimi
C) İltihab əleyhinə vasitə kimi
D) Qurdqovucu kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
603) “Xolosas” preparatı hansı dərman bitki xammalından hazırlanır?
A) Quşarmudu meyvələrindən
B) İtburnu meyvələrindən
C) Qara qarağat meyvələrindən
D) Keşniş meyvələrindən
E) Çaytikanı meyvələrindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
604) Üskükotu preparatları hansı xəstəliklərdə istifadə edilir?
A) Mədə-bağırsaq traktının xəstəliklərində
B) Oynaq xəstəliklərində
C) Qaraciyər xəstəliklərində
D) Mərkəzi sinir sisteminin xəstəliklərində
E) Ürək xəstəliklərində
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
605) Aşağıdakılardan hansı güclü toksiki təsirə malikdir?
A) Boranı toxumları
B) Çovdar mahmızı
C) Zəyərək toxumları
D) Bəlğəmotu kökü
E) Nanə yarpaqları
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
606) Heyvan mənşəli olmayan xammal hansıdır?
A) Vazelin
B) Balıq yağı
C) Mum
D) Propolis
E) Lanolin
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
607) “Erqotal” hansı bitkinin preparatdır?
A) Dəlibəngin
B) Xanımotunun
C) Boymadərən otunun
D) Xədicəgülünün
E) Çovdar mahmızının
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
608) Xanımotu bitkisinin tərkibində hansı farmakoloji aktiv maddələr var?
A) Aşı maddələri
B) Alkaloidlər
C) Qlikozidlər
D) Acı maddələr
E) Saponinlər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
609) Jen-Şen bitkisi latınca necə adlanır?
A) Quercus robur
B) Tussilaqo farfara
C) Viburnum apulus
D) Panax ginseng
E) Adonis vernalis
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
610) Dəlibəng bitkisinin tərkibində hansı farmakoloji aktiv maddələr var?
A) Saponinlər
B) Aşı maddələri
C) Alkaloidlər
D) Polisaxaridlər
E) Qlikozidlər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
611) Solmazçiçək bitkisinin dəmləməsindən nə üçün istifadə olunur?
A) Hipotenziv dərman vasitəsi kimi
B) Sidikqovucu kimi
C) Ödqovucu kimi
D) İşlədici kimi
E) Yuxugətirici kimi
Ədəbiyyat: М.А.Кузнецова. «Лекарственное растительное сырье и препараты», Москва , 1987
612) Dəlibəng bitkisinin latınca adı nədir?
A) Hyoscyamus niger
B) Cavum carvi
C) Atropa Belladonnae
D) Datura stramonium
E) Convallaria mayalis
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
613) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) Xoruzgülü
B) Boz sarılıqotu
C) May inciçiçəyi
D) Kombe strofantı
E) Üskükotu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
614) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Evkalipt yarpaqları
B) Adaçayı yarpaqları
C) Bəlğəmotu kökü
D) Acı yovşanotu
E) Səna yarpaqları
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
615) “Adonizid” hansı bitkinin preparatıdır?
A) Xoruzgülü
B) Oleandr
C) May inciçiçəyi
D) Üskükotu
E) Kombe strofantı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
616) Xanımotu bitkisindən hazırlanan preparatlar necə təsir edir?
A) Tər vəzilərinin şirə ifrazını artırır
B) Göz bəbəklərini daraldır
C) Daxili orqanların saya əzələlərinin tonusunu artırır
D) Ağızsuyu və tər vəzilərinin şirə ifrazını azaldır
E) Sedativ təsir göstərir
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
617) Mum nədən alınır?
A) Sintetik yolla alınan qarışıqdır
B) Bal arısının məhsuludur
C) Donuzların mədə şirəsindən alınır
D) Bitki mənşəli məhsuldur
E) İribuynuzlu heyvanların mədəaltı vəzisindən alınan məhsuldur
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
618) Gülümbahar çiçəyinin latınca adı necədir?
A) Flores Crataegi
B) Flores Cinae
C) Flores Calendulae
D) Flores Tanaceti
E) Flores Helichryzi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
619) Murdarça meyvələri təbabətdə hansı məqsədlə istifadə olunur?
A) İşlədici kimi
B) Sidikqovucu kimi
C) Sakitləşdirici kimi
D) Yuxugətirici kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
620) Səna bitkisinin preparatları hansı xüsusiyyətə malikdir?
A) İşlədici
B) Sidikqovucu
C) Ödqovucu
D) Sakitləşdirici
E) Yuxugətirici
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
621) Lanolin nədən alınır?
A) Zəyərək toxumundan
B) Gənəgərçək toxumundan
C) Balığın qaraciyərindən
D) Suitinin piyindən
E) Qoyun yunundan
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
622) Strofant toxumunun tinkturası hansı xəstəliklər zamanı istifadə edilir?
A) Mədə-bağırsaq traktının xəstəlikləri
B) Sinir sisteminin xəstəlikləri
C) Qaraciyər xəstəlikləri
D) Öd kisəsinin xəstəlikləri
E) Ürək xəstəlikləri
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
623) Gənəgərçək yağından təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Yuxugətirici kimi
B) İşlədici kimi
C) Ödqovucu kimi
D) Qurdqovucu kimi
E) Sidikqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
624) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) Eleuterokokkun kökümsovu
B) Zəncirotu kökü
C) Zəyərək toxumu
D) Bəlğəmotunun kökü
E) İyirin kökümsovu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
625) Xoruzgülü otundan alınan yeni Qalen preparatı hansıdır?
A) Strofantin
B) Adonizid
C) Diqoksin
D) Digitoksin
E) Korqlikon
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
626) Acı yovşan tinkturasından nə üçün istifadə edilir?
A) İştahaartırıcı kimi
B) Ödqovucu kimi
C) İştahanı azaltmaq üçün
D) Mədə-bağırsaq xəstəliklərində
E) Qurdqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
627) Hansı resept dozalanmış sadə poroşoklara aiddir?
A) Rp.: Acidi borici 20,0 D.S.Qarqara məhlulu hazırlamaq üçün
B) Rp.: Streptocidi 25,0 D.S. Yaraya səpmək üçün
C) Rp.: Natrii hydrocarbonatis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün
D) Rp.: Kalii bromidi 0,5 D.t.d. N20 S. Gündə 3 dəfə 1 poroşok qəbul etməli
E) Rp:. Natrii tetraboratis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
628) Göstərilən mərhələlərdən hansı poroşokların hazırlanma texnologiyasına aid deyil?
A) Dozalama
B) Xırdalama
C) Qarışdırma
D) Həlletmə
E) Bükmə
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
629) Bunlardan hansı boyayıcı maddə deyil?
A) Kamfora
B) Riboflavin
C) Furasilin
D) Etakridin
E) Metilen abısı
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
630) Sadə poroşokların tərkibində neçə dərman maddəsi olur?
A) 4 və daha çox
B) 3 və daha çox
C) 1-dən çox
D) 2 və daha çox
E) yalnız 1
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
631) Aşağıdakı resept hansı poroşoklara aiddir? Rp.: Acidi ascorbinici 0,1 Sacchari 0,3 M.f.pulv. D.t.d. №15 S. Gündə 3 dəfə 1 poroşok daxilə qəbul etməli.
A) Mürəkkəb dozalanmamış poroşoklara
B) Mürəkkəb dozalanmış poroşoklara
C) Sadə dozalanmış poroşoklara
D) Sadə dozalanmamış poroşoklara
E) Xaricə istifadə olunan poroşoklara
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
632) Aşağıdakılardan hansılar bitki xammalından alınan çıxarışlara aid deyildir?
A) Tinkturalar və ekstraktlar
B) Məhlullar və suspenziyalar
C) Qalen və yeni Qalen preparatları
D) Dəmləmələr və bişirmələr
E) Bişirmələr və ekstraktlar
Ədəbiyyat: Ə.İ.İsmayılov və başqaları.Dərman formalarının texnologiyası.İ hissə.Bakı-1988
633) Aşağıdakılardan hansı Burov məhlulunun kimyəvi tərkibini göstərir?
A) Naşatır-cirə damcısı
B) Formalaldehid məhlulu
C) Alüminium-asetat məhlulu
D) Xlorid turşusu məhlulu
E) Hidrogen-peroksid məhlulu
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
634) Qlükozanın neçə faizli məhlulu izotonik məhluldur?
A) 25%-li
B) 5%-li
C) 0,5%-li
D) 10%-li
E) 40%-li
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı, 1898. I hissə
635) İnyeksiya məhlullarını hazırlayarkən, əsas həlledici kimi nədən istifadə edilir?
A) Distillə suyundan
B) Bitki yağından
C) Apirogen inyeksiya suyundan
D) Adi sudan
E) Kakao yağından
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
636) Distillə otağında havanın mikrobsuzlaşdırılması üçün nədən istifadə edilir?
A) Adi lampalardan
B) Lümminesent lampalarından
C) Rentgen şüasından
D) Kondisionerdən
E) Bakterisid lampalardan
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
637) Apirogen suyun saxlanma müddəti nə qədərdir?
A) 10 gün
B) 5 gün
C) 24 saat
D) 48 saat
E) 90 gün
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
638) Avtoklav nədir?
A) Distillə suyu almaq üçün aparat
B) Germetik bağlı ikiqat divarlı sterilizə kamerası
C) Apirogen su almaq üçün aparat
D) Bitki xammallarından çıxarışlar almaq üçün aparat
E) Dəmləmə və bişirmə hazırlamaq üçün aparat
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
639) Tibbi təcrübədə novokainin neçə %-li məhlulları geniş tətbiq edilir?
A) 1; 5; 0,9; 10
B) 0,9; 10; 2; 0,2
C) 0,1; 2, 5, 0,9
D) 0,2; 1; 10; 5
E) 0,25; 0,5; 1; 2
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
640) 100 ml izotonik qlükoza məhlulu hazırlamaq üçün neçə qram qlükoza götürmək lazımdır?
A) 100,0
B) 5,0
C) 52,2
D) 150,0
E) 50,0
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
641) Qlükozanın hansı məhlulları hipertonik məhlullardır?
A) 0,5; 2; 5
B) 5; 10; 20
C) 10; 20; 30
D) 5; 10; 40
E) 10; 25; 40
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
642) Göstərilən maddələrdən hansı draje formasında buraxılmır?
A) Diazolin
B) Propazin
C) Dikain
D) Aminazin
E) Askorbin turşusu
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
643) Tabletlər hansı dərman formalarına aiddir?
A) Zavod üsulu ilə hazırlanan dərman formalarına
B) Dozalanmamış bərk dərman formalarına
C) Yumşaq dərman formalarına
D) Dozalanmış bərk dərman formalarına
E) Preslənmiş dərman formalarına
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
644) Tabletlərin mənfi cəhətləri hansıdır?
A) Daşınması çətindir
B) Buraxılması və saxlanılması əlverişsizdir
C) Dərmanın xoşagəlməyən dadını və qoxusunu biruzə verir
D) Dozalandırılması dəqiq deyildir
E) Saxladıqda parçalanmasını itirir (sementləşir)
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
645) Hansı dərman formaları aptekdə hazırlanmır?
A) Tabletlər
B) Dəmləmələr
C) Poroşoklar
D) Bişirmələr
E) Məlhəmlər
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
646) Hansı dərman formaları əczaçılıq zavodunda hazırlanmır?
A) Tabletlər
B) Drajelər
C) Sulu çıxarışlar
D) Mikrokapsullar
E) Spirtli çıxarışlar
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
647) Drajelər tabletlərdən nə ilə fərqlənir?
A) Ölçülərinə görə
B) Dadlarına görə
C) Rənglərinə görə
D) Tərkiblərində olan köməkçi maddələrə görə
E) Hazırlanma texnologiyasına görə
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
648) Qranullar hansı formada olur?
A) Poroşok halında
B) Yastı formada
C) Dənəcik formasında
D) Kürə şəklində
E) Üçkünc formada
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
649) Qalen preparatları hansı xammaldan hazırlanır?
A) Liman palçığından
B) Qurudulmuş dərman bitkilərindən
C) Torfdan
D) İribuynuzlu heyvanların toxumalarından
E) Dəniz suyundan
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
650) Yeni Qalen preparatlarının Qalen preparatlarından fərqi nədir?
A) Yeni Qalen preparatları heyvan toxumalarından alınır
B) Yeni Qalen preparatları xaricə istifadə olunur.
C) Yeni Qalen preparatları aptek şəraitində hazırlanır
D) Yeni Qalen preparatlarının tərkibində ballast maddələr vardır.
E) Yeni Qalen preparatlarının tərkibində ballast maddələr olmur
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
651) Aptek şəraitində hazırlanan dərmanlar zavodda istehsal olunan dərmanlardan nə ilə fərqlənir?
A) Aptekdə dərman fərdi resept əsasında hazırlanır
B) Aptekdə hazırlanan dərmanın dozası daha dəqiq olur
C) Aptekdə hazırlanan dərman daha keyfiyyətli olur
D) Aptekdə hazırlanan dərman daha yaxşı qablaşdırılır
E) Aptekdə avtomatik proseslərdən istifadə olunur
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
652) 1 ml su neçə damcıdır?
A) 25 damcı
B) 5 damcı
C) 15 damcı
D) 20 damcı
E) 18 damcı
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
653) Hirogen peroksidin duru məhlulu neçə faizlidir?
A) 3%
B) 30%
C) 2,5%
D) 5%
E) 0,5%
Ədəbiyyat: И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988
654) 100 ml duru hidrogen-peroksid məhlulu hazırlamaq üçün nə qədər perhidrol götürmək lazımdır?
A) 10 ml
B) 15 ml
C) 100 ml
D) 30 ml
E) 25 ml
Ədəbiyyat: В.М.Грецкий,В.С.Хомченко.Руководство к практическим затятиям по технологии лекарственных форм.»Медицина»,Москва,1991
Dostları ilə paylaş: |