975) Tibbi təcrübədə əsasən öskürəkkəsici kimi istifadə olunan tiryək alkaloidi hansıdır?
A) Morfin
B) Dibazol
C) Qlausin
D) Kodein
E) Prenoksdiazin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
976) İltihabı proseslərdə və baş-diş ağrıları zamanı hansı qrup dərman vasitələrindən istifadə etmək olar?
A) Epileptik vasitələrdən
B) Steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrindən
C) Barbitur turşusunun törəmələrindən
D) Qlükokortikoidlərdən
E) Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrindən
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
977) Trentalın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Aminofillin
B) Traneksam turşusu
C) Tiklopidin
D) Pentoksifillin
E) Eufillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
978) Aşağıdakılardan hansı trisiklik antidepressantlara aiddir?
A) Qliatilin
B) Platifillin
C) Amitriptilin
D) Triheksifenidil
E) Diazepam
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
979) Aşağıdakı preparatlardan hansı antidepressant deyil?
A) Aminazin
B) Moklobemid
C) Amitriptilin
D) İmizin
E) Azafen
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
980) Litium duzları nə zaman istifadə olunur?
A) Yuxu pozğunluqlarında
B) İltihabi proseslərdə
C) Maniakal-depressiv psiхozlarda.
D) Cərrahi əməliyyatlar zamanı
E) Mədə-bağırsaq xoralarında
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
981) Neyroleptiklər əsas dərman vasitəsi kimi hansı xəstəliyin müalicəsi üçün istifadə olunur?
A) Parkinsonizmin
B) Şizofreniyanın
C) Böyük qıcolma tutmalarının
D) Depessiyaların
E) Beyin qan dövranı pozğunluqlarının
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
982) Tibbi təcrübədə tabeks nə üçün istifadə olunur?
A) Siqareti tərgitmək üçün
B) Narkotik analgetiklərlə kəskin zəhərlənmə zamanı
C) Xroniki alkoqolizmdə
D) Narkotik asılılığı aradan qaldırmaq üçün
E) Narkomaniya zamanı
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
983) Tərkibində asetilsalisil turşusu olan preparat hansıdır?
A) Aspirin kardio
B) Astemizol
C) Asesol
D) Askorutin
E) Asparkam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
984) Yerli anestetiklərin sorulmasını ləngitmək, əlavə effektlərini azaltmaq və təsir müddətini artırmaq üçün onların məhluluna hansı maddələr əlavə edilir?
A) Trankvilizator
B) Damardaraldıcı maddə (adrenomimetik)
C) Psixostimulyator
D) Neyroleptik maddə
E) Xolinoblokator
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
985) Hansı farmakoloji qrupa daxil olan dərman vasitələri selikli qişalarda və zədələnmiş dəri səthində zülalların koaqulyasiyasını törətməklə təsir göstərir?
A) Büzüşdürücü dərman vasitələri
B) Bürüyücü dərman vasitələri
C) Allergiya əleyhinə dərman vasitələri
D) Qıcıqlandırıcı dərman vasitələri
E) Yerli anesteziyaedici dərman vasitələri
Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
986) Cərrahi əməliyyat zamanı anesteziyaedici kimi istifadə olunan ketaminin kardiostimullaşdırıcı təsirini, törətdiyi psixomotor oyanıqlığı aradan qaldırmaq üçün hansı preparatdan istifadə olunur?
A) Diazepamdan
B) Atropin-sulfatdan
C) Karbamazepindən
D) Droperidoldan
E) Triheksifenidildən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil-2014
987) Ammonyak məhlulu (Naşatır spirti) nə üçün istifadə olunur?
A) Kiçik qıcolma tutmasını aradan qaldırmaq üçün
B) Tənəffüs mərkəzini reflektor yolla oyatmaq və xəstəni bayılma vəziyyətindən çıxarmaq üçün
C) Atrioventrikulyar blokadanı aradan qaldırmaq üçün
D) Təngnəfəsliyi aradan qaldırmaq üçün
E) Stenokardiya tutmasını aradan qaldırmaq üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
988) Kaptoprildən nə zaman istifadə olunur?
A) Arterial hipertenziya və xroniki ürək çatışmazlığı zamanı
B) Ağ ciyərlərin ödemində
C) Öd kisəsinin xroniki iltihabı amanı
D) Kəskin pankreatit zamanı
E) Hiperlipidemiya zamanı
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
989) Tibbi təcrübədə izoprenalin-hidroxloriddən nə üçün istifadə olunur?
A) Müxtəlif mənşəli zəhərlənmələr zamanı qusma törətmək üçün
B) Ürəkbulanmanı aradan qaldırmaq üçün
C) Bronxial astma tutmalarını aradan qaldırmaq üçün
D) Ürək-damar çatışmazlığında
E) Arterial hipertenziyada
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
990) Fluoksetin nə üçün istifadə olunur?
A) Depressiyanın müxtəlif növlərində (xüsusilə qorxu və həyəcanla müşayiət olunan depressiyalarda)
B) Nevrozlarda, stenokardiyada
C) Şizofreniyanın müalicəsi üçün
D) Nevrasteniyalarda, əsəb gərginliyində yuxusuzluqda
E) Hipertoniya xəstəliyinin erkən formalarında
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
991) Epinefrinin (Adrenalin) istifadəsinə əks göstərişlər hansılardır?
A) Göstərilənlərin hamısı
B) Şəkərli diabet
C) Tac-damar çatışmazlığı
D) Hamiləlik dövrü
E) Ateroskleroz
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
992) Оflоksasin hansı farmakoloji qrupa aiddir?
A) Antiseptik maddələrə
B) Nitrofuran törəmələrinə
C) Sulfanilamid preparatlarına
D) Flüоrхinоlоnlara
E) Antibiotiklərə
Ədəbiyyat: Hafiz Əliyеv, Nizami Babayеv, Vagif Isgəndərоv Kimyəvi dərman maddələri, оnların analizi və işlənməsi, Bakı, «Təbib» nəşriyyatı, 2006, 251 s.
993) Nə üçün şəkərli diabet zamanı epinefrinin (Adrenalin) istifadə olunması əks göstərişdir?
A) Qlikogenolizi sürətləndirməklə qanda qlükozanın miqdarını artırdığı üçün
B) İnsulin ifrazını azaltdığı üçün
C) Mədə-bağırsaq sistemindən qlükozanın (şəkərin) sorulmasını artırdığı üçün
D) Yağların və zülalların qlükozaya çevrilməsini sürətləndirdiyi üçün
E) Toxumalarda qlükozanın mənimsənilməsini azaltdığı üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
994) Təsiri gec (12-18 saat sonra) başlayan; koaqulyant olsa da, hemofiliya zamanı müalicəvi təsir göstərməyən; qaraciyərdə protrombin sintezində iştirak edən; antihemorragik vitamin də adlandırılan, yağda həll olan vitaminin suda həll olan preparatı aşağıdakılardan hansıdır?
A) Alfa-tokoferol-asetat
B) Heparin
C) Xolekalsiferol
D) Retinol-asetat
E) Vikasol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
995) Bu ifadələr hansı preparata aiddir: birbaşa təsirli antikoaqulyantdır; təsiri orqanizmə yeridildiyi andan başlayır və 5-6 saat davam edir; antaqonisti protamin-sulfatdır; daxilə təyin edilmir; tibbi məqsəd üçün iribuynuzlu heyvanların qaraciyərindən və ağ ciyərlərindən alınır
A) Etil biskumasetat (Neodikumarin)
B) Fepromaron
C) Asenokumarol (Sinkumar)
D) Heparin
E) Fenindion
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
996) Hemostatik maddə kimi ağciyər, mədə-bağırsaq, burun və uşaqlıq qanaxmalarında, allegik xəstəliklərdə təyin olunan venadaxili və ya daxilə qəbul edilərək toxumaya güclü qıcıqlandırıcı təsir göstərərək nekroz törədən, dəri altına və əzələ daxilinə yeridilməsi qadağan olan preparat hansıdır?
A) Kalsium-qlükonat
B) Hemostatik süngər
C) Natrium-karbonat
D) Kalsium-xlorid
E) Kalsium-fosfat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
997) Asetilsalisil turşusunun antiaqreqant təsiri nəyə əsaslanır?
A) Trombosit membranının Iib/IIIa reseptorlarını blokadaya alır
B) Tromboksan A2-nin sintezini tormozlayır
C) Prostasiklinin sintezini stimullaşdırır
D) ADF-in trombositlərə təsir göstərməsinə mane olur.
E) Trombositlərin fosfodiesteraza fermentinin təsirini zəiflədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
998) Hansı dozalarda asetilsalisil turşusunun (Aspirin) antiaqreqant təsiri daha aydın ifadə olunur?
A) Gündə 1 dəfə 75-325 mq
B) Gündə 3 dəfə 250 mq
C) Gündə 1 dəfə 500-1000 mq
D) Gündə 1 dəfə 250-500 mq
E) Gündə 2 dəfə 500 mq
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
999) Bu ifadələr hansı preparata aiddir: 75-325 mq dozalarda antiaqreqant kimi istifadə olunur; iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir, kimyəvi quruluşuna görə turşudur.
A) Tiklopidinə
B) Pentoksifillinə
C) Asetilsalisil turşusuna (Aspirin)
D) Tirofibana
E) Dipiridamola
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1000) Aşağıdakı ifadələrdən hansı düzgün deyil?
A) Heparin birbaşa təsirli antikoaqulyantdır
B) Qanın laxtalanma qabiliyyəti aşağı olduğu hallarda onu yüksəltmək üçün koaqulyantlardan istifadə olunur
C) Qanın laxtalanma qabiliyyəti aşağı olduğu hallarda onu yüksəltmək üçün antikoaqulyantlardan istifadə olunur
D) Qanın laxtalanma qabiliyyətini yüksəldən maddələr koaqulyantlar adlanır
E) Heparinin doza həddinin aşılması zamanı protamin-sulfatdan istifadə olunur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1001) Bütün preparatların istifadəsi üçün ümumi olan əks göstəriş hansıdır?
A) Mədənin və ya 12-barmaq bağırsağın xora xəstəliyi
B) Qida borusunun iltihabı
C) Qaraciyərin mülayim funksional pozğunluğu
D) Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq
E) Qastrit
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1002) Tibbi təcrübədə həm psixostimulyator, həm də analeptik kimi istifadə olunan preparat hansıdır?
A) Kofein natrium-benzoat
B) Atropin-sulfat
C) Verapamil
D) Skopolamin-hidrobromid
E) Litium-karbonat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1003) Cərrahi əməliyyat zamanı ağızsuyu vəzilərinin şirə ifrazını azaltmaq üçün hansı preparatdan istifadə olunur?
A) Panzinormdan
B) Natrium-sulfatdan
C) Atropin-sulfatdan
D) Dibazoldan
E) Omeprazoldan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1004) Aminokapron turşusunun antifibrinolitik təsir mexanizmi nədən ibarətdir?
A) Trombositlərin fosfodiesteraza fermentinin təsirini zəiflədir
B) Plazminogenlə birləşərək onun plazminə çevrilməsinə, qismən də plazminin fibrinə təsir göstərməsinə mane olur
C) Trombositləri inaktivləşdirir
D) tromboositlərin aqreqasiyasına mane olur
E) Qanın özlülüyünü azaldır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1005) Aminometilbenzoy turşusu hansı qrup preparatlara aiddir?
A) Koaqulyantlara
B) Fibrinolitik preparatlara
C) Qeyri-steroid iltihabəleyhinə preparatlara
D) Antifibrinolitik preparatlara
E) Antikoaqulyantlara
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1006) Aşağıdakı preparatlardan hansı angioprotektordur?
A) Pikamilon
B) Pirasetam
C) Nimodipin
D) Detraleks
E) Vazobral
Ədəbiyyat: : E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1007) Maral buynuzunun cücərtilərindən hansı preparat alınır?
A) Adiurekrin
B) Pantopon
C) Vipratoks
D) Viprosal
E) Pantokrin
Ədəbiyyat: С.Я.Соколов, И.П.Замотаев. Справочник по лекарственным растениям. М., Медицина, 1985.
1008) Şişyarpaq sənanın yarpaqlarından hansı preparatın alınmasında istifadə edilir?
A) Qlisiram
B) tıkveol
C) Likviriton
D) Senadeksin
E) Eskuzan
Ədəbiyyat: С.Я.Соколов, И.П.Замотаев. Справочник по лекарственным растениям. М., Медицина, 1985.
1009) İndapamidlə kombinəolunmuş şəkildə istehsal olunan preparat hansıdır?
A) Ramipril
B) Еnalapril
C) Kaptоpril
D) Pеrindоpril
E) Lizinоpril
Ədəbiyyat: Hafiz Əliyеv, Fuad Məmmədоv Angiоtеnzin-çеvirən fеrmеntin inhibitоrları оlan prеparatlar, standartlaşdırılma və «quruluş-fəallıq» əlaqələri haqqında, Azərbaycan Əczaçılıq və Farmakоtеrapiya Jurnalı, 2009, №2, s. 36-40.
Dostları ilə paylaş: |