III.Üzvi dərman maddələrinin eyniliyinin təyini Üzvi dərman maddələrinin identifikasiyası məqsədilə istifadə olunan reaksiyaları 3 qrupa bölmək olar:
ümumi kimyəvi reaksiyalar;
duzların və kompleks birləşmələrin əmələ gəlməsi ilə nəticələnən reaksiyalar;
üzvi əsas və onların duzlarının eyniliyinin təyini üçün reaksiyalar.
I. Ümumi kimyəvi reaksiyalar Əczaçılıq analizində üzvi birləşmələrə aid müəyyən analitik effekti olan müxtəlif kimyəvi reaksiyalardan istifadə olunur. Bu reaksiyalar çöküntünün əmələ gəlməsi, qaz buxarlarının xaric olması, rəngli məhsulun əmələ gəlməsi və s. analitik səciyyəvi xüsusiyyətlərə malik olur.
Nitrolaşma reaksiyalarıaromatik sıradan olan sarı rəngli mono-, di- və trinitro törəmələrin əmələ gəlməsi ilə müşayət olunur: