Ədəbiyyat 5-ci sinif bsq I şagirdin adı və soyadı: Tarix: “ ” dekabr 2014-cü IL



Yüklə 10,33 Kb.
tarix12.03.2020
ölçüsü10,33 Kb.
#102294

Ədəbiyyat 5-ci sinif BSQ I

Şagirdin adı və soyadı: ______________________________________________________

Tarix: “ _____” dekabr 2014-cü il


  1. Bədii mətnin hissələrini müəyyən edin.

1.Giriş hissə 2. Mətnin 1-ci abzası 3. Mətnin sonu

4.Əsas hissə 5. Nəticə

A) 1,3,5 B) 1,4,5 C) 1,3,4 D) 3,4,5

2. Esse nədir?


  1. Fransız sözü olub, mənası təcrübə, sınaq, oçerk dməkdir.

  2. Yunan sözü olub, mənası yazı yazıram deməkdir.

  3. Fransız sözü olub, mənası fikir ifadə etmək deməkdir.

  4. Alman sözü olub, mənası müşahidələr aparmaq deməkdir.

3.Biri heca vəznində yazılan əsər deyil:

  1. Nizami Gəncəvi “İsgəndərnamə” poeması

  2. Bəxtiyar Vahabzadə “Ağ saçlar” şeiri

  3. Süleyman Rüstəm “Azərbaycana gəlsin” şeiri

  4. Əliağa Kürçaylı “Bakı” şeiri

4.Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirinin mövzusu nədir?

  1. Azərbaycan gözəlliyinin tərənnümü

  2. Azərbaycanın digər dövlətlərlə münasibətlərinin tərənnümü

  3. Qəhrəmanlığın tərənnümü

  4. Azərbaycanlıların dostluqda möhkəm olmasının tərənnümü

5.Yaradıcı fəaliyyətdə oluruq:

  1. İfadəli oxu zamanı B)Musiqi dinləyərkən C)Esse yazarkən D)Mətni hissələrə ayırarkən

6. Yazılı ədəbiyyat haqqında fikirlərdən biri səhvdir:

  1. Hekayə, şeir, povest, roman kimi janrları var.

  2. Yeri gəldikcə şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə olunur.

  3. İnsan həyatının konkret səhnələri və ya müəyyən bir hadisə təsvir edilir.

  4. Müəllifsiz ədəbiyyatdır, yaranma tarixi məlum deyil.

7.Yonulmamış ağac, dirək mənasındadır:

  1. kərən b) kürək c) əsna d) dudkeş

8.Verilən hansı bənddə epitetlər var?

  1. sarı buğda, dərin quyu b) polad balta, daş divar c) qızıl saat, soyuq hava

d) zümrüd dağ, iti baxış

9.Biri atalar sözü deyil:

  1. Dost dosta tən gərək, tən olmasa gen gərək. C) Qarı düşmən dost olmaz.

  2. Bir balaca boyu var, dam dolusu toyu var. D) İşləməyən dişləməz.

10.“Həyətimizdə açmış qızılgüllərin ətri adamı bihuş edir” ifadəsində hansı hisslər təsvir edilmişdir?

Görmə və qoxu b) Görmə və toxunma c) Dad və eşitmə d) Eşitmə və toxunma



Müəllim: ______________________________________________________

Qiymət: _____
Yüklə 10,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin