Ədəbiyyat siyahısı: Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki


Türkiyədə kitabxanaların növləri və tipləri



Yüklə 36,11 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü36,11 Kb.
#107763
növüMühazirə
1   2   3
Türkiyədə kitabxanaların növləri və tipləri

1923-cü il, 29 oktyabrda Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyədə respublika elan ediləndən dərhal sonra hökumət ölkədə kitabxana işinin yenidən qurulmasını əsas vəzifələrdən biri hesab etmişdir. Hər bir cəmiyyətdə, hər bir dövlətdə olduğu kimi burada da maarifin və mədəniyyətin inkişafında ən mühüm rolu türk kitabxanaları oynamalı idilər. Bununla belə, Osmanlı imperiyasından Türkiyəyə miras qalmış kütləvi və təhsil müəssisələrinin kitabxanaları qarşılarında duran vəzifələri yerinə yetirəcək səviyyədə deyildi. Kitabxanan işində köklü dəyikliklərə, əsaslı yenidənqurmaya ehtiyac var idi. Bu da müəyyən qanunvericilik aktlarının qəbulunu tələb edirdi.

Kitabxanaların ölkənin mədəni və elmi həyatındakı dəyərini başa düşən Türkiyə höküməti kitabxana işinin yaxçılaşdırılması üçün bir çocx tədbirlər gördü. Hökumət diqqəti daha çox kütləvi kitabxanaların və oxu zallarının artırılmasına yönəltmişdi. Kitabxanaların təşkilində, kitab fondlarının zənginləşdirilməsində hökumətin vəqf, mədrəsə və dərviş icmalarının kitab fondlarının müsadirəsi üçün apardığı tədbirlər əhəmiyyətli rol oynadı.

XX əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin bir çox şəhərlərində dövlət büdcəsində olan iki dövlət kütləvi kitabxanası (hər ikisi İstanbulda yerləşir), on bir vəqf kitabxanası, İzmir Kitabxana Cəmiyyətinə məxsus olan bir kitabxana (İzmir Milli Kitabxanası) və ayrı-ayrı şəxslər tərəfindən xalq üçün yaradılmış iyirmi kitabxana var idi. Bunlardan başqa nazirlik, idarə və muzeylərdə qetydə alınmış, fondunda beş yüzdən min beş yüz cildə qədər kitab olan ona yaxın xüsusi kitabxana da fəaliyyət göstərmişdir.

1920-ci ildə Türkiyə Milli Maarif Nazirliyi nəzdində Mədəniyyət İdarəsi yaradılmışdır. Onun vəzifəsi əsasən kitabxana və muzeylərin təşkili və onlara rəhbərlikdən ibarət olmuşdur. 1921-ci ildə isə Türkiyə Kitabxana Müfəttişliyi fəaliyyətə başlamışdır. Sonralar ölkədə kitabxanalara rəhbərliyi daha da yaxşılaşdırmaq üçün Türkiyə Milli Maarif Nazirliyi nəzdində Baş Milli Kitabxanalar Müdirliyi yaradılmışdır. Dövlət tərəfindən şəhərlərdə, kəndlərdə Xalq Otaqları təşkil olunmuşdur. Məhz bu Xalq Otaqlarının nəzdində kiçik kitabxanalar fəaliyyət göstərmişdir. 1924-cü ildə qəbul olunmuş “Vahid Təhsil haqqında” qanuna əsasən kitabxanalar dövlət müəssisəsi elan edilmiş, Maarif Nazirliyinin tabeliyinə verilmişdir.

1924-1926-cı illərdə on minlərlə kitab və əlyazması olan 65 böyük mədrəsənin kitab fondu hökumətin qərarı ilə İstanbul, Ankara, İzmir, Bursa, Samsun və başqa şəhərlərin kitabxanaları arasında bölüşdürülmüşdür.

1927-ci ildə Türkiyədə dini qurumların nəzdindəki vəqf kitabxanalarının yenidən təşkili və kitabxana fondlarının inventarlaşdırılması ilə əlaqədar olaraq maddi vəsaitin ümumi uçot və təlimatı haqqında qanun qəbul edilmişdir. 1926-cı ildə bir sıra şəxsi kitab topluları əsasında yaradılmış İstanbul Universiteti Kitabxanasının nəzdində kitabxananın direktoru Fəhmi Ədhəm Kapatay tərəfindən ölkədə ilk dəfə olaraq kitabxana kadrları yetişdirən tədris müəssisəsi açıldı.

1928-ci ildə Türkiyə hökuməti Ankarada ilk kütləvi kitabxana təşkil etmişdir. Məhz həmin il Türkiyədə həuyata keçirilən əlifba islahatı (ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması) mədəniyyətin və maarifin inkişafına mühüm təsir göstərmişdir. ölkədə çap texnikasının yeniləşdirilməsi mətnlərin yığımını asanlaşdırmış, kitabların tirajının çoxalmasına səbəb olmuuş, nəticəsə savadlıların sayı müntəzəm şəkildə artmağa başlamışdır. 1929-cu ildə Türkiyə kitabxanalarına rəhbərlik edən bir müəssisə - Kitabxana İdarəsi yaradılmışdır.

1930-cu ildə Türkiyənin bütün bölgələrində kitabxanalar, oxu zalları və muzeylərin açılmasına şərait yaradan qanun qəbul edilmişdir. 1934-cü ildə Türkiyədə böyük millət Məclisi məcburi nüsxə haqqında qanun qəbul etmişdir. Bu qanun vətən ədəbiyyatının nəşrlərinin sistemli qeydiyyatının və qorunub saxlanılmasının əsasını qoymuşdur. Nəşr olunan məcburi nüsxələr pulsuz olaraq Türkiyənin beş iri kitabxanası olan Ankara Ümumi Kitabxanası, İstanbul Kitabxanası, İstanbul Universitet Kitabxanası, İzmir Milli Kitabxanası və Milli Maarif Kitabxanası arasında bölüşdürülmüşdür. Milli Maarif Nazirliyinə göndərilən məcburi nüsxələr isə gələcəkdə yaradılacaq Milli Kitabxana üçün saxlanılmışdır.

1920-1930-cu illərdə Türkiyədə kitabxana işinə dair qəbul olunmuş qanunvericilik aktları adlarını çəkdiyimiz mühüm sənədlərdən ibarət olmuşdur. Bütün bu dövlət qərar və qətnamələri ölkənin əvəzsiz milli xəzinəsi olan kitabxana fondlarının saxlanmasına və məqsədyönlü təşkilinə imkan yaratmışdır. O vaxtdan etibarən 1978-ci ilə kimi Türkiyədə kitabxana işinə dair qanunvericilikdə köklü bir dəyişiklik olmamışdır. Türkiyədə fəaliyyət göstərən kitabxanaların növlərini və tiplərini müəyyən etmək üçün Milli Maarif Nazirliyi 1935-ci ildə İstanbul Universitetinin ərəb dili və ədəbiyyatı professoru, alman şərqşünası Helmut Piterin sədrliyi ilə kitabxanaların Təsnifatı Komissiyası yaradılmışdır. Bütün bunlarla yanaşı, Türkiyə hökuməti kitabxana işinin təşkilinə və kitabxanaçı kadrların hazırlanmasına kömək məqsədilə Almaniyadan iki nəfər dəvət etmişdir. İosif Ştumvol və Qottlak.

30-cu illərdə Türkiyə hökuməti kitabxanaçılıq işi üzrə milli kadrların hazırlanmasına təşəbbüs göstərmiş və bu məqsədlə üç nəfər Almaniyaya göndərilmişdir. Bunlardan biri Türkiyə kitabxanaçılıq sahəsində tanınmış sima olan Adnan ötüykən olmuşdur.

Osmanlı imperiyası ərazilərinin Avropa, Asiya və Afrika qitələrinin bir çox torpaqlarını əhatə etməsi nəticəsində Türkiyənin kitabxana, muzey və arxivlərində ərəb, türk və fars dillərində dünyanın ən əhəmiyyətli əlyazmalarının səksən faizi, eləcə də latın, yunan və digər dillərində xeyli miqdarda əlyazma toplanmışdır.

Qeyd edək ki, Türkiyə kitabxanalarının bir sıra növləri və tipləri də mövcuddur. Türkiyə Cümhuriyyətində kitabxanalar əsasən iki tipə bölünür:


  1. Dövlət sektorunun kitabxanaları

  2. Özel sektorun kitabxanaları

Dövlət sektorunun kitabxanaları ən böyük kitabxana şəbəkəsidir. Buraya milli kitabxana, əksər təhsil müəssisələrinin kitabxanaları, idarə kitabxanaları və xüsusi kitabxanaların çox hissəsi, memorial və muzey kitabxanaları, uşaq kitabxanaları daxildir.

Özel sektorun kitabxanaları – müxtəlif siyasi partiyaların kitab topluları, klubların, təbliğat təşkilatlarının, özəl təhsil müəssisələrinin, məscid kitabxanaları, elmi cəmiyyətlərin və digər təşkilatların kitabxanaları daxildir. Türkiyənin dövlət sektoru kitabxanaları şəbəkəsi haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşər.

1.İdarə və müəssisə kitabxanaları. Buraya mərkəzi dövlət təsisatlarının, nazirliklərin, müxtəlif idarə və müasisələrin kitabxanaları daxildir. Bunların arasında ən böyuyu Türkiyə böyük millət Məclisinin Kitabxanasıdır.

2. Xüsusi kitabxanalar. Türkiyənin xüsusi kitabxanaları tipinə elmi və kütləvi idarələrin və müxtəlif qeyri-dövlət təşkilatlarının kitabxanaları daxildir. Bu kitabxanalar öz fondlarını mənsub olduqları idarələrin profilinə və fəaliyyət istiqamətinə uyğun olaraq komplektləşdirirlər. Onlardan ən böyukləri Türk Tarix Cəmiyyətinin Kitabxanası, Türk Linqvistika Cəmiyyətinin Kitabxanası və başqalarıdır.

3. Memorial və muzey kitabxanaları. Türkiyədə memorial və muzey kitabxanaları da özünəməxsus yer tutur. Dünya üzrə ərəb, fars və türk dillərində olan əlyazmaların səksən faizi Türkiyənin bu tip kitabxanalarında saxlanılır. Əlyazmaların sayı dəqiq məlum deyil. Topqapı sarayının muzey kitabxanası (1718), Ayasofya məscidinin kitabxanası (1740), Süleymaniyyə məscidinin kitabxanası (1752), Millət Kitabxanası (1916) və s. bu kitabxanaların ən böyüklərindəndir.

4. Məktəb kitabxanaları. İbtidai və orta ümumtəhsil məktəblərinin I və II pillələri və peşə məktəbləri kitabxanaları Türkiyədə məktəb kitabxanaları adı altında fəaliyyət göstərir. Uzun illər bu kitabxanalar, xüsusilə ibtidai məktəblərdəki kitabxanalar maarif və mədəniyyət orqanlarının fəaliyyət dairəsindən kənarda qalmışdır. Məktəb kitabxanaları 1975-ci ildən Maarif Nazirliyinin tabeliyinə verilmişdir.

5. Şəhər və kənd kütləvi kitabxanaları. Kütləvi kitabxanalar təşkilati, maliyyə təminatı, fondunun həcmi və tərkibi, komplektləşdirmə, kadrların vəziyyəti, oxuculara xidmət və s. baxımından Türkiyədə kifayət qədər geniş və bir-birindən fərqli şəhər kitabxanaları şəbəkəsidir. 1975-ci ilin məlumatına görə üç milyon çap əsərlərindən və 160 mindən çox əlyazma kitablarından ibarət fondu olan 334 kütləvi kitabxana mövcud olmuşdur. Türkiyədə üç ən böyük kütləvi kitabxana – Ankara Kütləvi Kitabxanası (1928), Bayazid məscidi yanındakı kitabxana (1882), İzmir Milli Kitabxanasıdır (1912).

6. Ali təhsil müəssisələrinin kitabxanaları. Türkiyə universitetləri və onların kitabxanaları müxtəlif sistemlər üzrə qurulmuşdur. Buna görə də universitet kitabxanalarının bir hissəsi fakültə işçilərinin daxil olduğu xüsusi komissiyanın rəhbərliyi altında olmuşdur.ölkədə universitet kitabxanalarına vahid rəhbərlik sistemi formalaşmamışdır. Türkiyənin ali mıəktəb kitabxanaları arasında ən böyüyü 1950-ci ildə yaradılmış Ankara Universitetinin Kitabxanasıdır. Təkcə Dil, Tarix və Coğrafiya fakültəsinin kitabxanasının fondunda iki yüz min nüsxədən artıq kitab var.

Məlumdur ki, İstanbul Universiteti dünyanın ən qədim ali təhsil ocaqlarından biridir. Elm tarixçiləri bunu Fateh Sultan Mehmetin XV əsrin II yarısında tikdirdiyi mədrəsə ilə bağlayırlar. Bu səbəbdən 1453-cü il onun təşkil edilməsi tarixi kimi qəbul olunmuşdur. İstanbul Universiteti Mərkəzi Kitabxanasınnı fondu elm, texnika, tərəqqi, internet texnologiyasının sürətli inkişafı ilə əlaqədar olaraq müxtəlif sahələrə bölünmüşdür.

Türkiyə Milli Kitabxanası ölkənin ən böyük kitabxanası hesab olunur. Bu kitabxana öz fondunu ərazidə nəşr edilən nüsxələr, ianə və hədiyyələr, kitabların mübadiləsi və satın alınması yolu ilə komplektləşdirilmişdir.



  1. Məcburi nüsxələr yolu ilə

  2. Satın alma yolu ilə

  3. Hədiyyə yolu ilə

  4. Mübadilə yolu ilə

Türkiyə Milli kitabxanasının qarşıya qoyduğu məqsəd beynəlxalq informasiya axınının mərkəzinə çevrilərək, cəmiyyətin mədəni inkişafında, iqtisadi cəhətdən genişlənməsində, informasiya cəmiyyətinin yaradılmasında mühüm rol oynamaqdadır.

İxtisas: Kitabxanaçılıq

Kurs: III

Fənn: Dünya kitabxanaları tarixi

Mövzu: QAFQAZDA KİTABXANA İŞİ (Gürcüstan) (mühazirə III )

Ədəbiyyat siyahısı:

1. Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki. 2010

2. Knyaz Aslan. Qədim və orta əsrlər dünya kitabxanaları.Dərs vəsaiti. Bakı. 2008

Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru

PLAN:


  1. Qafqazda formalaşan ictimai-siyasi mühit və kitabxana işinin təşkili

  2. Gürcüstanda yaranan elmi – mədəni mərkəzlər və onların kitabxanalara təsiri




Yüklə 36,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin