313. Skaner necə işləyir?
a) təsviri öyrənir, avtomatik olaraq kompyüterin yaddaşında saxlanıla bilən elektron surətini yaradır;
b) fotoşəkil çəkir, avtomatik olaraq kompüterin yaddaşında saxlanıla bilən elektron surətini yaradır;
c) rəsm çəkir, avtomatik olaraq obyektin fotoşəklini yaradır;
d) obyektin səthini əks etdirir, kompüterin yaddaşında elektron surətini yaradır;
e) təsviri öyrənir və onu kosmik stansiyaya ötürür.
314. Displey nə deməkdir?
a) qrafik təsvirlərin çıxarılmasının əsas qurğusu;
b) informasiyaların çıxarılması üçün əsas qurğu;
c) fotoşəkillərin çap olunması üçün əsas qurğu;
d) qəzetin çap olunması üçün əsas qurğu;
e) xəritənin rəqəmsallaşdırılması üçün əsas qurğu.
315. Qurulması zamanı konkret fəzavi münasibətlərin mühüm olmadığı abstraktiv qrafik təsvirlər GİS-də necə adlanırlar?
a) xəritəoidlər;
b) piksellər;
c) fraktallar;
d) fayllar;
e) kataloqlar.
316. Fəzavi obyektlər haqqında insanın beynində formalaşan nümunələrin qrafik təqdimatı necə adlanır?
a) «fikri» təsvir;
b) bədii təsvir;
c) video təsvir;
d) rəsmlər;
e) fotoşəkillər.
317. Miqyası ilkin xəritədəki xaraktersmikaların kəmiyətindən asılı olaraq daşınan və şəklini dəyişən ənənəvi xəritələrdən əmələ gələn qrafik təsvirləri necə adlandırırlar?
a) anamorfozlar;
b) kontaktlar;
c) kataklizmalar;
d) aforizmlər;
e) niqelizmlər.
Dostları ilə paylaş: |