Əgər a planı işə yaramırza əlifbada başqa hərflərdə var



Yüklə 30.06 Kb.
tarix13.06.2018
ölçüsü30.06 Kb.


B Ö L M Ə I
Layihənin xülasəsi

1. LAYİHƏNİN ADI www.onlineadvice.com saytının yaradılması

Əgər A planı işə yaramırza əlifbada başqa hərflərdə var”




  1. Layihə haqqında ümumi məlumat;

Hara gedəcəyimizi bilmədən əvvəl, harada olduğumuzu bilməyimiz vacibdir. Olduğumuz vəziyyəti bilməliyik ki, sonra olmaq istədiyimiz vəziyyətlə aradakı fərqi görə bilək. Bunun üçün bir çox yollar var. Ən vacibi isə həyat çarxı analizidir, yəni həyatın müxtəlif sahələri, təhsil səviyyəsi, sevgi mərhələsi, karyera sahəsi, pul-maliyyə, sağlamlıq və s. analiz edilir. Bu analiz nəticəsində həyatımızın hər hansı bir sahəsində necə olduğumuzu müəyyənləşdiririk. Bundan sonra vəziyyətin daha yaxşı olması üçün strategiyaların və müəyyən taktikaların həyata keçirilməsini təmin edirik. Ancaq müəyyən yaş dövrləri vardır ki,həmin yaş dövrlərində nə özümüzü nə də psixoloji vəziyyətimizi düzgün idarə edə bilmirik.Bu zaman dərdimizi deyə biləcək ,bizi başa düşə biləcək bir şəxs axtarırıq.Bu zaman “online advice” psixoloji xidməti köməyiniz olacaqdır www.onlineadvice.com təkcə psixoloji deyil,həmdə sizin online yaşam koçunuz olacaqdır.Online koçlar istifadəçilərlə bir yerdə əməkdaşlıq edərək onların istək və arzularını hədəflərə çevirməyə, onların üzərində strategiyalar qurmağa kömək edəcəklər. Burada əsas məsələ istifadəçiyə hansı hədəflərin qoyulmasıdır və bu hədəflərə qarşı onun bir şeylər hiss etməsidir. Koç isə qısa yolları göstərərək istifadəçiyə getmək istədiyi yolu qısaltmaqda ona köməklik göstərəcəkdir. Koç, adamın özünə daha çox zaman ayırmasına və gələcəyi ilə bağlı daha dəqiq plan qurmasına kömək edər. Yaşam koçu, adamın öz potensialını kəşf etmək, daxili inkişafını, həyat məqsədini, hədəflərini və olmaq istədiyi nöqtəyə gəlib çatmaq üçün lazımlı yol xəritəsini çəkməyə kömək edər və bu yolda getməsinə kömək edər. 

Layihənin məqsədinin ətraflı şərhi;



  • Tələbənin özünə daha çox vaxt ayırmasına və gələcəyinə bağlı daha dəqiq planlar qurmasına köməkçi olmaq;

  • şəxsin həyat sahələri, karyera, iş, maliyyə, səhiyyə, ailə, ictimai həyat və s. sahələrdə planlarını formalaşdırmaq səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi;

  • ağıl və ruhi sağlamlığı yerində olub, həyatda gəldiyi nöqtədə özünü bədbəxt hiss edən, axtardığı istiqaməti tapa bilməyən, ya da o istiqamətə necə çatacağını bilməyən insanların həyata motivləşdirilməsi

  • Liderlərin yetişdirilmsinə, tələbələrin başarılı olmasına yardımcı olmaq;

  • Hal-hazırda, olduğunuz nöqtədən, çatmaq istədiyiniz nöqtəyə necə çatacağınıza diqqətinizi yönəltməyi öyrədəcək.

  •  Koçluq sistemi, eyni zamanda dünyanın ən böyük 500 şirkətinin sərhədlərini ötüb keçmişdir. Sahibkarlar, istehsal sənayesi, kiçik biznes və ictimai təşkilatlar işlərini inkişaf etdirmək üçün koçluğu mənimsəmişlər. Xüsusilə, yüksək texnologiya sahəsindəki sahibkarlar, əlaqələrini inkişaf etdirmək, fikir mübadiləsi etmək və personalı idarə etmək üçün koçlar ilə işləyirlər.  Bütün bunlar layihəmizin aktuallığından xəbər verir.  



  1. Maliyyələșmə mənbələri, həcmi və təyinatı;

Layihənin əsas maliyyə mənbələri ilkin olaraq ADPK, onun tələbələri

  1. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) satıș bazarı haqqında qısa məlumat;

  • www.onlineadvice.com platforması üzərində qurulacaq sistemin özəllikləri oldduqca fərqli olacaq. Təlimlər, Onlaynməsləhət, Bizimlə əlaqə, Yaşam koçu nədir?, Uğurlu insanlar, Karyera quruculuğu və Özünə koçluq etmək bölmələri öz əksini tapacaq.

  • Səhifədən istifadəni müxtəlif təlim mərkəzləri, özəl tədris mərkəzlərinin reklamlar yerləşdirilir.

  1. Layihənin nəticələri və gələcək addımlar;

- həyatınızı bir bütün olaraq qiymətləndirərək işə başlayarsınız.

- həqiqətən nə istədiyinizin fərqində olacaqsınız.

- hədəflərinizə çatmanız üçün lazım olan yeni və konkret addımları zehninizin yaratmasına fokuslanacaqsınız.

- bu səfərdə sizi sabotaj edə biləcək, hədəfləriniz mövzusunda sizə xidmət etməyən düşüncə qəliblərini dəyişdirərək qarşılaşdığınız maneələri aşmanıza köməkçi olacaq texnikalardan istifadə edəcəksiniz.

Yuxarıda qeyd olunan nəticələrdən aydın olur ki, layihə əhalinin bütün təbəqələrinə aid olacaqdır. Sahib olub da fərqində belə olmadığınız güclü tərəflərinizi kəşf etməyinizi,

Hansı yaşda olursanız olun, gülümsəyən, özündən razı, həyata coşğuyla bağlı, hədəfləri olan, zamanını səmərəli istifadəedən, nə istədiyini bilən, bu istiqamətdə hərəkətə keçən, ayaqları yerə daha möhkəm basan yeni bir SİZ ilə tanış olar, həyat səyahətinizdə zövqlə irəliləyərsəniz. Koçluq daxili bir prosesdir, kölgədə qalmış, laqeyd yanaşdığınız tərəflərinizi də, ən çox əmək verdiyiniz işıltılı tərəflərinizi da görməyinizi, kəşf etməyinizi və bunların hamısının siz olduğunuzu mənimsəyərək qucaqlamağınızı təmin edər.


B Ö L M Ə II

İcra planı



S/S

Mərhələlər
İşlər

I

II

III

Cavabdeh şəxs

Nəticələr



Layihənin başlaması barədə KİV -ə təqdimat










Layihənin ictimai əlaqələr üzrə koordinatoru

Layihə təqdimatı keçiriləcək



Portalın hazırlanması üçün hazırlıq işlərinin görülməsi










Layihənin koordinatoru, layihənin texniki direktoru

Portalın hazırlanması üçün lazım olan işçilər cəlb olunacaq



Portalın hazırlanması










Layihənin texniki direktoru, proqramçılar

Portal hazırlanacaq



Portala lazımi məlumatların yerləşdirilməsi










Layihənin texniki direktoru, proqramçılar

Lazımi məlumatlar yerləşdiriləcək



Portalın komersiallığı üzrə işlərin aparılması










Layihənin marketinq üzrə koordinatoru

Portalın komersiallığı üzərində iş aparılacaq



PR məsələlərinin həlli










Layihənin İƏ üzrə koordinatoru

Layihə barədə ictimaiyyətə davamlı məlumat veriləcək.



Hesabat










Maliyyəçi

Hesabat verilənəcəkdir.


B Ö L M Ə III

Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri

Hazırlanması nəzərdə tutulan məhsul (iș və xidmət) barədə məlumatların verilməsi layihənin mühüm tərkib hissələrindən biridir.

Bu bölmədə așağıdakı məlumatlar əks olunmalıdır:


  1. Məhsulun (iș və xidmətin) xüsusiyyətləri;

- sadə naviqasiyalı;

- bütün brauzerlərdə işləmək imkanına malik;

- əhatəli;

- rahat;


- sms və email xidmətləri mövcud olan;

B Ö L M Ə IV

İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat

İstehsal planında așağıdakı məlumatlar verilməlidir:



  1. Layihə icraçılarının layihə icrası ilə əlaqədar mövcud maddi-texniki imkanları:

- platformanın icrası üçün proqramçılar;

- səhiyyə sektoruyla çalışan ixtisaslaşmış mütəxəsislər;

- layihə çərçivəsində çalışmaq istəyən könüllülərimiz ..
B Ö L M Ə IV

Maliyyə planı

Bu bölmə layihə rəhbərinin sərəncamında olan əsas və dövriyyə kapitalının pul ifadəsində əks etdirilməsi, qrant vəsaiti. öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi ilə șərtlənir.



Maliyyə planı bölməsində așağıdakı məlumatlar verilməlidir:

  1. Layihənin tam həyata keçirilməsinə tələb olunan maliyyə vəsaitinin məbləği (tələb olunan qrant vəsaiti və sahibkarlıq subyekti tərəfindən qoyulan vəsait göstərilməklə); Layihənin ümumi dəyəri 3700 manatdır.

  2. Vəsaitin təyinatı üzrə bölgüsü;

  • Ofisin kirayəsi

  • İşçilərin cəlb edilməsi

  • PR aparılması

  • Avadanlıqların alınması

  • Reklam işləri

  • Platformanın hazırlanması


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə