***
Axır nə qədər sayəneşin mehridir asan
Gəl ey xosrovi xuban4
Axır nə qədər tul tapar müddəti hicran
Gəl ey xosrovi xuban
Axır nə qədər şiə qalar, didəsi giryan5
Gəl ey xosrovi xuban
***
Sən gəlməsən islah ola müşküldü bu dünya
Dolub zülmilə dünya
Koştarü-fsadilə dolub dəhri səlapa
Dolub zülmilə dünya
Yoxdur çəkən asudə nəfəs qüssədən əsla
Dolub zülmilə dünya
***
Ey höccəti Həqq, şibhi Rəsul1, natiqi Quran
Gəl ey xosrovi xuban
Zəhra balası, dadə yetiş, ey şəhi mərdan2
Gəl ey xosrovi xuban
Sənsiz nə qədər səbr eləyər, şiə müsəlman
Gəl ey xosrovi xuban
***
İfritü-sitəm sayə salıb bərqi3 cəhanə
Gəl ey şahi zəmanə
Hər guşədə məzlum gəlib ahü-fəğanə
Gəl ey şahi zəmanə
Qəm atəşi hər ləhzə çəkər dildə zəbanə
Kəl ey şahi zəmanə
Zülmün odu çox şö”lə salıb külli cəhanə
Gəl ey şahi zəmanə
Zülmün dayağı rəhm eləmir pirü-cəvanə
Gəl ey şahi zəmanə
***
Gözlərdən olub Fatimənin qəbri nihandır
İşim ahü-fəğandır
Göz qəbrə dəyəndə o xanım əşgi fişandır
İşim ahü-fəğandır
Gəl qalmaya gizlində onun qəbri amandır
İşim ahü-fəğandır
Olmuş sənə bu şiə fəda əşgi rəvandır
İşim ahü-fəğandır
Oğlanlarının qəmlərinə göz yaşı qandır
İşim ahü-fəğandır
***
Dilsiz balanın yerdə qalıb qundağı şaha
Dirəng eyləmə4 şaha
Yandı sitəmi Hərmələdən itrəti-Taha
Dirəng eyləmə şaha
Dostları ilə paylaş: |