1Tarixin qəribəliklərindən biri budur ki, Şimr, vaxtilə Siffeyn müharibəsində Həzrəti əli əleyhissalamın qoşununda Müaviyəyə qarşı vuruşurdu, Həzrəti İmam Hüseyn (əleyhis-salam) da onu bir dəfə zindandan azad etdirmişdi. Amma Aşura günü İmam Hüseyn əleyhissalamın başını kəsdi. və onun azad etməsini də xatırlatdı, amma o qədər qəsavətli, daşürəkli idi ki, bu ehsanların heç bir təsiri olmadı.
1Seyyid Nemətullah Cəzairi “əl-ənvarün-nö”maniyyə kitabında (səh.345) qeyd etmişdir ki, Şah İsmayıl Səfəvi (Xətai) Bağdadı fəth edəndən sonra İmam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə gedir. Ona xəbər çatır ki, alimlərdən bəzisi Hürrün tövbəsi məqələsini qəbul etmirlər. əmr edir ki, qəbri açsınlar. Qəbri açanda görürlər ki, elə bil indicə şəhid olmuş, bədəni də çürüməmişdir. Onun başında bir parça olduğunu görürlər. Şah İsmayıl onu təbərrük üçün açıb götürmək istəyirdi. Elə ki açır, yaradan qan axmağa başlayır. Nə qədər çalışırlarsa və başqa parçalarla bağlayırlarsa, qanı saxlaya bilmirlər. Yalnız İmamın (əleyhis-salam) bağladığı parça ilə bağladıqdan sonra qanı dayanır.
2“əsrarüş-şəhadət”
1İmam Hüseyn əleyhissalamın mübarək başının qoyulduğu mətbət, təndir