DƏSTƏMAZDAN SONRA OLAN ZİKRLƏR عن عمر مرفوعاً : (( مَا مِنْكُمْ مِنْ أَحَد يَتَوضَّأ فَيُسْبغُ الوُضُوءَ ثُمَّ يقُولُ: أَشْهَدُأَنْلاَإِلَهَإِلاَّاللَّهُوَحْدَهُلاشَريكَلَهُ, وأَشْهَدُأنَّمُحَمَّداًعَبْدُهُورَسُولَهُ, إلاَّ فُتِحَتْ لَهُ أبْوابُ الجَنَّةِ الثَّمَانِيةُ يَدْخُلُ مِنْ أيِّها شَاءَ )) وزاد الترمذي: ((اللَّهُمَّاجْعَلْنِيمِنَالتَّوَّابِينَوَاجْعَلْنِيمِنَالْمُتَطَهِّرِينَ))
Ömər mərfu olaraq rəvayət edir ki: “Sizdən elə bir kəs yoxdur ki, gözəl dəstəmaz aldıqdan sonra: “Əşhədu Ən Lə İlahə İlləllahu Vəhdəhu Lə Şərikə Ləhu Və Əşhədu Ənnə Muhəmmədən Abduhu Və Rasuluhu -Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! – desin, onun üçün Cənnətin 8 qapısı açılar və hansından istəsə daxil olar. Başqa rəvayətdə: Allahumməcalni Minət Təvvabiynə Vəcalniy Minəl Mutətahhiriyn -Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»676.
عن أبي سعيد الخدري قال: قال رسول الله :(( مِنَ توضأَ ثمَّ قالَ: سُبْحَانَكَاللَّهُمَّوَبِحَمْدِكَ،أَشْهَدُأَنْلاَإِلَهَإِلاَّأَنْتَ،أَسْتَغْفِرُكَوَأَتـُوبُإِلَيْكَ, كُتِبَ في رقٍّ, ثم طُبِعَ بطابِعٍ, فلم يُكسر إلى يوم القيامة)) قال الشيخ الألباني : صحيح
Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyrdu: “Kim dəstəmaz aldıqdan sonra: “Subhənəkə Allahummə Və Bihəmdik, Əşhədu Ən Lə İlahə İllə Əntə, Əstəğfirukə Və Ətubu Ileyk - Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm – desə, ona qul azad etmək yazılar, sonra elə bir tərzdə möhürlənər ki, yalnız Qiyamət günü açılar”677.