Məsələn: Dünyada əbədi yaşamağını, peyğəmbərlik verilməsini, Allahın Qiyamət gününü qopartmamasını, ölülərin dirilməsini, Allahı dünyada ikən görməsini, müsəlmanın Cənnətə girməməsini, yaxud kafir olaraq ölənin Cənnətə girməsini və s. istəmək. Bu cür dualar şəriətdə qadağan olunmuş dualardandır.
11. Namazda İmamın Yalnız Özü Üçün Dua Etməsi
عَنْ ثَوْبَانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « ثَلاَثٌ لاَ يَحِلُّ لأَحَدٍ أَنْ يَفْعَلَهُنَّ لاَ يَؤُمُّ رَجُلٌ قَوْمًا فَيَخُصُّ نَفْسَهُ بِالدُّعَاءِ دُونَهُمْ فَإِنْ فَعَلَ فَقَدْ خَانَهُمْ وَلاَ يَنْظُرُ فِى قَعْرِ بَيْتٍ قَبْلَ أَنْ يَسْتَأْذِنَ فَإِنْ فَعَلَ فَقَدْ دَخَلَ وَلاَ يُصَلِّى وَهُوَ حَقِنٌ حَتَّى يَتَخَفَّفَ ». قال الألباني: ضعيف
Sovban rəvayət edir ki, Peyğəmbər buyurdu: “Edilməsi heç kimsəyə halal olmayan üç şey vardır: 1) Bir topluluğa imam olub yalnız özü üçün dua edib, digərlərinə etməməsi artıq cəmaata xəyanət etmiş sayılır. 2) Kişi izin almadan digər (bir kimsənin) evinin içinə baxmaz. Əgər baxarsa o, evə (icazəsiz) girmiş kimidir. 3) Bir kimsə ehtiyacını (ödəmədikcə) əziyyətlə namaz qılmaz”118.
12. Duada Həddi Aşmaq
عن أبي نعامة أن عبد الله بن معفل سمع ابنه يقول اللهم إني أسألك القصر الأبيض عن يمين الجنة إذا دخلتها . فقال أي بني سل الله الجنة وعد به من النار . فإني سمعت رسول الله صلى الله عليه و سلم : يقول ( سيكون قوم يعتدون في الدعاء قال الشيخ الألباني : صحيح
Əbi Nuamə rəvayət edir ki, Abdullah İbn Muaffəl oğlunun: “Allahummə! Məni Cənnətə daxil etdiyin zaman Səndən Cənnətinin sağ tərəfində ağ qəsr istəyirəm” deyə dua etdiyini eşitdi. Ey oğlum! Allahdan Cənnəti dilə və Cəhənnəm atəşindən Ona sığın. Çünki mən Peyğəmbəin belə buyurduğunu eşitdim: “Duada həddi aşan bir qövm olacaqdır”119.
عَنْ أَبِى نُعَامَةَ عَنِ ابْنٍ لِسَعْدٍ أَنَّهُ قَالَ سَمِعَنِى أَبِى وَأَنَا أَقُولُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْجَنَّةَ وَنَعِيمَهَا وَبَهْجَتَهَا وَكَذَا وَكَذَا وَأَعُوذُ بِكَ مِنَ النَّارِ وَسَلاَسِلِهَا وَأَغْلاَلِهَا وَكَذَا وَكَذَا فَقَالَ يَا بُنَىَّ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَقُولُ « سَيَكُونُ قَوْمٌ يَعْتَدُونَ فِى الدُّعَاءِ ». فَإِيَّاكَ أَنْ تَكُونَ مِنْهُمْ إِنْ أُعْطِيتَ الْجَنَّةَ أُعْطِيتَهَا وَمَا فِيهَا مِنَ الْخَيْرِ وَإِنْ أُعِذْتَ مِنَ النَّارِ أُعِذْتَ مِنْهَا وَمَا فِيهَا مِنَ الشَّرِّ. قال الألباني :حسن صحيح
Sad İbn Əbu Vaqqas oğlunun belə dediyini rəvayət edir: “Ey Rəbbim! Səndən Cənnəti, nemətlərini, gözəlliyini, bunları və bunları istəyirəm. Cəhənnəmdən və Cəhənnəmin zəncirlərindən, buxovundan, bunlardan və bunlardan sənə sığınıram”. Oğlum, mən Peyğəmbəin belə buyurduğunu eşitdim: “Duada həddi aşan bir qövm olacaqdır. Nə badə onlardan olasan. Heç şübhəsiz ki, sənə Cənnət verilərsə içində olan xeyirlə birlikdə verilər. Cəhənnəmdən qorunsan orada olan şərlərdən də qorunursan”120.
13. Təcrübə, Yaxud Allahı İmtahan Etmək Üçün Dua Etmək