Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə115/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   111   112   113   114   115   116   117   118   ...   386
الدعاء بين الأذان والإقامة

AZAN VƏ İQAMƏ ARASINDA EDİLƏN DUA
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْمُؤَذِّنِينَ يَفْضُلُونَنَا. فَقَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « قُلْ كَمَا يَقُولُونَ فَإِذَا انْتَهَيْتَ فَسَلْ تُعْطَهْ ». قال الألباني :حسن صحيح
Abdullah İbn Amr  rəvayət edir ki, bir kişi: “Ya Rəsulullah! Müəzzinlər fəzilətdə bizi ötdülər?” dedi. Peyğəmbər  buyurdu: “Onların söylədiklərini sən də söylə, (azanı) bitirdikdən sonra istə, istədiyin verilər”726.
عن أنس بن مالك قال : قال رسول الله صلى الله عليه و سلم الدعاء لا يرد بين الأذان والإقامة قال فماذا نقول يا رسول الله ؟ قال سلوا الله العافية في الدنيا والآخرة. قال الشيخ الألباني : منكر بهذا التمام
Ənəs İbn Məlik  rəvayət edir ki, Allahın Elçisi  buyurdu: “Azan və İqamə arasında edilən dua rədd edilməz”. Ona: “Ey Allahın Rəsulu! Hansı duanı edək?” dedilər. Peyğəmbər: “Allahdan dünya və axirətdə Afiyət (salamatlıq) diləyin”727.
أنس بن مالك  قال: قال رسول الله  : (( الدَّعَاءُ لا يُردُّ بينَ الأذانِ والإقَامِة )). قال الألباني : صحيح
Ənəs İbn Məlik  rəvayət edir ki, Allahın Elçisi  buyurdu: “Azan və İqamə arasında edilən dua rədd edilməz”728.
قال رسول الله :(( الدُّعاءُ بينَ الأذنِ و الإقَامِة مُستَجابٌ, فادعوا )). قال الألباني : صحيح
Peyğəmbər  buyurdu: “Azan və İqamə adarsıda edilən dua cavab veriləndir, Dua edin!”729.
عَنْ أَنَسٍ : عَنِ النَّبِيِّ  قَالَ: «إِذَا نُودِيَ بِالصَّلاَة فُتِحَت أَبْوَابُ السَّمَاءِ وَاسْتُجِيبَ الدُّعَاء». قال الألباني : صحيح
Ənəs  rəvayət edir ki, Peyğəmbər  demişdir: “Namaza azan verildikdə səma qapıları açılır və dua qəbul olunur”730.
عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ عَلَّمَنِى رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- أَنْ أَقُولَ عِنْدَ أَذَانِ الْمَغْرِبِ « اللَّهُمَّ إِنَّ هَذَا إِقْبَالُ لَيْلِكَ وَإِدْبَارُ نَهَارِكَ وَأَصْوَاتُ دُعَاتِكَ فَاغْفِرْ لِى ». قال الشيخ الألباني : ضعيف
Ummu Sələmə  rəvayət edir ki, Allah Elçisi  mənə məğrib namazının azanında söyləyəcəyim duanı öyrətdi: “Allahummə İnnə Həzə İqbəlu Leylikə Və İdbəru Nəhərikə Və Əsvətu Duatikə Fəğfirli – Allahım! Bu axşam azanı Sənin gecənin gəlişini, gündüzün də gedişini əlamətidir. Sənin (yoluna çağıran) dəvətçilərin (müəzzinlərin) səsləri (ucalmaqdadır), Məni bağışla”731.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin