Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə14/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   10   11   12   13   14   15   16   17   ...   386
قبول الدعا أوعدمه على ما تدل

DUANIN QƏBUL OLUB - OLMAMASI NƏYƏ DƏLALƏT EDİR?
Bilmək lazımdır ki, ümumən insanın duasının qəbul olması onun saleh və təqvalı olmasına dəlalət edir. Lakin bəzən hikmət və ya İstidrac üçün bunun əksi də ola bilər. Məs: Allah sevmədiyi bir bəndəsinin duasını qəbul edərək onun daha da haqq yoldan azması üçün mal-dövlət, oğul-uşaq və s. bəxş edərək ona möhlət verər ki, buna - İstidrac deyirlər.
"أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا. أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمَنِ عَهْدًا.كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا. وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا"
Ayələrimizi inkar edib: "Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!"– deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır? Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.(Məryəm 77-80).
Buna misal olaraq Allahın Şeytanın duasını qəbul etməsini göstərmək olar. Allah İblisin duasını onu sevdiyinə görə yox, əksinə onun əzabının daha da artaraq alçaldılması üçün qəbul etmişdir.
"قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ. قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ. إِلَى يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ"
İblis dedi: "Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver". Allah dedi: "Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər". (əl-Hicr 36-38).
"وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ"
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.” (Ali İmran 178).
Həmçinin, onu da bilmək lazımdır ki, bəzən qulun duasının qəbul olmaması Allahın onu sevmədiyinə dəlalət etmir.
سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- أَقْبَلَ ذَاتَ يَوْمٍ مِنَ الْعَالِيَةِ حَتَّى إِذَا مَرَّ بِمَسْجِدِ بَنِى مُعَاوِيَةَ دَخَلَ فَرَكَعَ فِيهِ رَكْعَتَيْنِ وَصَلَّيْنَا مَعَهُ وَدَعَا رَبَّهُ طَوِيلاً ثُمَّ انْصَرَفَ إِلَيْنَا فَقَالَ -صلى الله عليه وسلم- « سَأَلْتُ رَبِّى ثَلاَثًا فَأَعْطَانِى ثِنْتَيْنِ وَمَنَعَنِى وَاحِدَةً سَأَلْتُ رَبِّى أَنْ لاَ يُهْلِكَ أُمَّتِى بِالسَّنَةِ فَأَعْطَانِيهَا وَسَأَلْتُهُ أَنْ لاَ يُهْلِكَ أُمَّتِى بِالْغَرَقِ فَأَعْطَانِيهَا وَسَأَلْتُهُ أَنْ لاَ يَجْعَلَ بَأْسَهُمْ بَيْنَهُمْ فَمَنَعَنِيهَا ».
Sad, atasından  rəvayət edir ki, Peyğəmbər  bir gün Əliyə adlanan yerdən gəldi, hətta Bəni Muaviyə adlı məscidin yanından ötərkən ora daxil oldu və iki rükət namaz qıldı. Biz də onunla bərabər namaz qıldıq. Namaz əsnasında Rəbbinə uzun dua etdi. Namazı bitirdikdən sonra bizə tərəf dönərək buyurdu: “Rəbbimdən üç şey istədim, ikisini qəbul edərək birini qəbul etmədi. İstədim ki, ümmətimi quraqlıqla həlak etməsin, istəyimi qəbul etdi, (həmçinin), istədim ki, ümmətimi (daşqınla, sellə) boğaraq həlak etməsin, (onu da) qəbul etdi, (lakin) istədim ki, ümmətimin arasına ixtilaf salmasın (bir-biri ilə ixtilaf etməsinlər), bunu isə qəbul etmədi”123.
عَنْ ثَوْبَانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « إِنَّ اللَّهَ زَوَى لِىَ الأَرْضَ فَرَأَيْتُ مَشَارِقَهَا وَمَغَارِبَهَا وَإِنَّ أُمَّتِى سَيَبْلُغُ مُلْكُهَا مَا زُوِىَ لِى مِنْهَا وَأُعْطِيتُ الْكَنْزَيْنِ الأَحْمَرَ وَالأَبْيَضَ وَإِنِّى سَأَلْتُ رَبِّى لأُمَّتِى أَنْ لاَ يُهْلِكَهَا بِسَنَةٍ بِعَامَّةٍ وَأَنْ لاَ يُسَلِّطَ عَلَيْهِمْ عَدُوًّا مِنْ سِوَى أَنْفُسِهِمْ فَيَسْتَبِيحَ بَيْضَتَهُمْ وَإِنَّ رَبِّى قَالَ يَا مُحَمَّدُ إِنِّى إِذَا قَضَيْتُ قَضَاءً فَإِنَّهُ لاَ يُرَدُّ وَإِنِّى أَعْطَيْتُكَ لأُمَّتِكَ أَنْ لاَ أُهْلِكَهُمْ بِسَنَةٍ بِعَامَّةٍ وَأَنْ لاَ أُسَلِّطَ عَلَيْهِمْ عَدُوًّا مِنْ سِوَى أَنْفُسِهِمْ يَسْتَبِيحُ بَيْضَتَهُمْ وَلَوِ اجْتَمَعَ عَلَيْهِمْ مَنْ بِأَقْطَارِهَا - أَوْ قَالَ مَنْ بَيْنَ أَقْطَارِهَا - حَتَّى يَكُونَ بَعْضُهُمْ يُهْلِكُ بَعْضًا وَيَسْبِى بَعْضُهُمْ بَعْضًا ».
Sovban  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah yer üzünü mənə görə cəm etdi və (mənə göstərdi). Onun şərqini də, qərbini də gördüm. Mənim ümmətimin səltənəti mənim üçün ayrılmış torpağın sahəsinə qatılacaqdır. Mənə iki xəzinə qırmızı – Sezarın qızılı, və ağ – Xosrovun daş-qaşı verildi. (Hər ikisi də Ömər  nun dövründə alınıb və Allah yolunda da paylanılmışdır). Allahımdan ümmətimi kütləvi qıtlıqla həlak etməməsini, canlarına və mallarına qəsd edən özlərindən olmayan bir düşmənin ümmətim üzərində hökmüranlıq etməməsini xahiş etdim. Allah: «Ey Muhəmməd! Mən bir işə hökm verirəmsə, şübhəsiz ki, o geriyə dönməz və Mən sənin ümmətinin bir hissəsi başqa bir hissəsini həlak edənədək və bir hissəsi başqa bir hissəsini əsir alanadək onları ümumi bir qıtlıqla həlak etməməyimi, özlərindən olmayan bir düşmənin onların malları və canları üzərində hökmüranlıq etməməsi istəyini yerinə yetirdim. Lap istəyirsə yer üzünün hər tərəfindən olan insanlar yığışıb onlara qarşı gəlsinlər və yaxud onun hər tərəfindən kim istəyirsə bir yerdə toplaşıb gəlsinlər”124.
1. Duanın Qəbul Olmasına Güclü Ümid Bəsləmək
"وَجَاءُوا عَلَى قَمِيصِهِ بِدَمٍ كَذِبٍ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ"
Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: "Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır". (Yusuf 18).
"قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ"
Yaqub dedi: "Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir". (Yusuf 83).
2. Tövbə Edib Günahlardan Çəkinmək
"فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا. يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا. وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا"
"Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar”. (Nuh 10-12).
Sələf alimlərindən olan Sufyan  deyilir ki, Allaha dua et. Deyir: “Günahları tərk etməyin özü dua etməkdir”125.
3. Fürsətlərdən İstifadə Etmək
Fürsətlərdən istifadə etmək duanın qəbul olan vaxtlarını, hallarını və məkanlarını əldən buraxmayaraq dua ilə keçirməklə olur.
4. Çoxlu Saleh Əməllər İşləmək
Saleh əməllər duanın yüksələrək qəbul olmasına kömək olan ən böyük səbəblərdən biridir. Çünki dua etmək gözəl sözlərdəndir və gözəl sözün Allaha tərəf qalxması üçün saleh əmələ ehtiyacı vardır.
"مَنْ كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُولَئِكَ هُوَ يَبُورُ"
Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır”. (əl-Fatir 10).
Vəhb İbn Munəbbih  deyir ki: “Saleh əməli olmadan dua edənin misalı ipsiz yayla ox atana bənzəyir”126.
5. Fərz İbadətləri Tam Olaraq Yerinə Yetirdikdən Sonra Nafilə İbadətlərlə Allaha Yaxınlaşmaq
عن أبي هريرة رضي الله عنه ، قال : قال رسول الله :إن الله تعالى قال : من عاد لي وليا فقد آذنته بالحرب ، وما تقرب الئ بالنوافل حتي أحبه ، فأذا أحببته كنت سمعه الذي يسمع به ، وبصره الذي يبصر به ، ويده التي يبطش بها . ورجله التي يمشي بها ، ولئن سألني لأعطينه ؛ ولئن استعاذني لأعيذه.
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Uca və Böyük olan Allah buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum, üzərinə fərz qıldığım şeylərdən daha çox sevdiyim hər hansı bir şeylə mənə yaxınlaşmaz. Qulum nafilələrlə mənə yaxınlaşarsa mən onu sevərəm. Elə ki, onu sevdim, artıq onun eşidən qulağı, görən gözü, tutan əli, yürüyən ayağı olaram. Əğər məndən bir şey istəsə and olsun ki, ona verərəm. Sığınacaq istəsə onu himayəmə alaram»127.
6. Yaxşi İşləri Əmr Edərək Pis İşlərdən Çəkindirmək
عن حذيفة عن اليمان : عن النبي صلى الله عليه و سلم قال والذي نفسي بيده لتأمرن بالمعروف ولتنهون عن المنكر أو ليوشكن الله أن يبعث عليكم عقابا منه ثم تدعونه فلا يستجاب لكم. قال الشيخ الألباني : حسن
Huzeyfə İbn Yəmən  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edərək pis işlərdən çəkindirməlisiniz, ya da Allah sizə elə bir əzab göndərər ki, Ona dua edərsiniz, lakin duanız qəbul olunmaz”128.


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin