Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR


أسباب و حكم في عدم قبول الدعاء أو تأخره



Yüklə 17,81 Mb.
səhifə15/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   11   12   13   14   15   16   17   18   ...   386
أسباب و حكم في عدم قبول الدعاء أو تأخره

DUANIN GEC QƏBUL OLMASININ, YAXUD DA HEÇ QƏBUL OLMAMASININ SƏBƏB VƏ HİKMƏTLƏRİ
1. Duanın Qəbul Olmaması Allahın Quluna Etdiyi İmtahandır Və Ona Səbr Etmək Lazımdır

Duanın tez qəbul olması imtahan olduğu kimi, gec və ya qəbul olmaması da Allahın qulunun səbrini yoxlaması üçün bir imtahandır.


"كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ"
Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!”. (əl-Ənbiya 35).
2. Allahın Qulu Üçün Seçdiyi, Qulun Özü Üçün Seçdiyindən Daha Xeyirlidir
Allah sonsuz hikmət sahibidir. Yalnız hikmət olaraq verir və yalnız hikmət olaraq alır. Lakin ola bilsin ki, insan zahiri baxımdan bunu dərk etməyə. Necə ki, həkim xəstəni müalicə etdiyi zaman xəstə müalicə əsnasında müəyyən ağrılar duyur və həmin müvəqqəti ağrılara səbr edərək nəhayət Allahın izni ilə şəfaya nail olur.
"فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا"
“…ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”. (ən-Nisa 19).
"كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ"
Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”. (əl-Bəqərə 216).
Ümumi olaraq bilmək lazımdır ki, insanın xeyir sanaraq arzuladığı hər bir şey ona xeyir gətirmir, əksinə şər də ola bilər.
3. Duasının Qəbul Olmaması İlə İmtahan Olunan İnsan, Allahın Sevimli Qullarının Zümrəsinə Daxil Ola Bilər
عن أنس قال : قال رسول الله صلى الله عليه و سلم إذا أراد الله بعبده الخير عجل له العقوبة في الدنيا وإذا أراد الله بعبده الشر أمسك عنه بذنبه حتى يوافي به يوم القيامة وبهذا الإسناد عن النبي صلى الله عليه و سلم قال إن عظم الجزاء مع عظم البلاء وإن الله إذا أحب قوما ابتلاهم فمن رضي فله الرضا ومن سخط فله السخط. قال الشيخ الألباني : حسن صحيح
Çünki Allahın qulunu imtahan etməsi ona olan sevgisinə dəlalət edir. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Əgər Allah bir quluna xeyir diləyərsə onun dünyada olan aqibətini tezləşdirər. Əgər Allah bir qulu üçün şər diləyərsə onun günahını saxlayar ki, hətta Qiyamət günü haqq hesab etsin. Əcrin böyüklüyü imtahanın ağırlığına görədir. Əgər Allah bir qövmü sevərsə, o qövmü imtahana çəkər. Kim razı olarsa, ona Allahın razılığı, kim qəzəblənərsə, ona Allahın qəzəbi vardır”129.
4. Allah Qulunun Ona Qarşı Razılığını İmtahan Edir
"أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللَّهِ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ"
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır”. (əl-Bəqərə 214).
5. Allah İlə Ünsiyyətdə Olaraq Onun Məhəbbətinə Nail Olmaq
İnsan duanın bütün vacibatlarını və ədəblərini yerinə yetirərək, daima ümidlə, səmimi qəlbdən dua edərsə, Allahın məhəbbətini qazanmış olar ki, bunun da mükafatı əbədi olan Cənnətdir. Çünki Allahın məhəbbətini qazanmaq onun Cənnətini qazanmaq deməkdir.
6. Duanın Gec Və Ya Qəbul Olmaması Qulun Öz Nəfsini Hesaba Çəkməsinə Səbəb Olur
Ola bilsin ki, duanın gec və ya heç qəbul olmamasının səbəbi dua edənin özündən asılı olsun. Məsələn: Əgər dua edənin yeməyində haram varsa və ya duasının qəbulunun qarşısını alan günahlara yol verirsə, yaxud dua əsnasında duanı dili və ya qəlbi ilə yox, yalnız etdiyi duanın mahiyyətinə varmadan dili ilə edirsə, duasının qəbuluna mane olmuş olar. Belə halda, duasının qəbulunu görməyən hər bir iman sahibi öz nəfsini hesaba çəkərək özündə olan naqisliyi axtarar, günahlardan çəkinərək tövbə edər və Rəbbinə tərəf dönər ki, buna səbəb onun duasının qəbul olmaması olar. Halbuki, əgər duası tez qəbul olarsa, özündən qafil olaraq nəfsini hesaba çəkməz və əksinə özünü güclü iman sahibi zənn edərək həlak etmiş olar.
7. Ola Bilsin Ki, İnsan Günahları İlə Duasının Qəbuluna Mane Olar
Elə insan vardır ki, daima Rəbbindən narazılıq edərək duasının qəbul olmadığından şikayətlənir. Lakin özünə diqqətlə nəzər salsan görərsən ki, dua etdiyi Rəbbinə heç bircə dəfə də olsun boyun əyərək namaz qılmamışdır. Əksinə, haramlara qurşanaraq həmişə Ona üsyanda olmuşdur. Beləsi duasının qəbul olmadığından gileylənməsin! Əksinə, Allaha şükür etsin ki, onun sağlamlığını günahlarına görə əlindən almamışdır və unutmasın ki, Rəbbinə qarşı üsyanda davam edərsə, başına gələcək müsibətlərə görə yalnız özünü qınamalıdır. Ona görə də kimliyindən asılı olmayaraq hər bir bəndə onu yaradanı unutmamalı və qafilliyindən tövbə edərək Ona tərəf yönəlməlidir ki, bu da onun dualarının qəbul olmasına səbəb olar. Əgər belə edərsə, Rəbbini razı salar və üzərinə bütün xeyir qapılarının açıq olduğunun yəqinliklə şahidi olar.
"وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ"
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”. (əl-Bəqərə 186).
8. Şeytanla Mübarizə Apararaq Savab Qazanmaq
Şeytan insanın açıq-aydın düşmənidir. Qulu Allahın yolundan azdırmaq üçün hər cür hiylələrə əl atır. Xüsusən də, insanda bir boşluq görərsə, həmin boşluqdan istifadə edərək vəsvəsə verməyə başlayır. Qul Rəbbinə dua edərsə, lakin duası qəbul olmazsa, o zaman Şeytan bu fürsəti əldən verməyərək qulun qəlbinə Allah barəsində pis zəndə olması, yaxud duanı tərk edərək qəbul olmasından ümidini üzməsi üçün müxtəlif fikirlər irəli sürər. Belə halda, əgər qul Şeytanla mübarizə apararaq onun vəsvəsələrinə məhəl qoymadan Allah barədə gözəl zəndə olarsa və ümidini üzməyərək dua etməkdə davam edərsə, Şeytanı qəzəbləndirərək Rəbbini razı salmış olar. Çünki Şeytanla mübarizə aparmaq ən böyük ibadətlərdəndir.
9. Ola Bilsin Ki, Dua Qəbul Olsun, Lakin Dua Edənin Bundan Xəbəri Olmasın

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin