Sübh Və Məğrib Namazlarından Sonra – 10 Dəfə: AbdurRahman İbn Ğanəm rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim: Namazı bitirib (ayaqlarını bükməmişdən) ayağa durmamışdan öncə, Sübh və Məğrib namazından sonra 10 dəfə: “Lə İlahə İlləllahu Vəhdahu Lə Şərikə Ləhu, Ləhul Mulku Və Ləhul Həmdu, Yuhyi Və Yumiytu Və Huvə Alə Kulli Şeyin Qadir – “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir! – deyərsə, ona 10 həsənə yazılar, 10 günahı silinər, 10 dərəcə qaldırılar, pisliklərdən və şeytandan qorunar, həmən günü şirk istisna olmaqla günahdan uzaq olar və o günü ondan əfzəl edəndən başqa insanların ən əfzəl əməl edəni olar“944.
عَنْ عُمَارَةَ بْنِ شَبِيبٍ قَالَ : قَالَ رَسُوْلُ اللهِ : «مَنْ قَالَ : لاَإِلَهَإِلاَّاللهُوَحْدَهُلاَشَرِيْكَلَهُ،لَهُالْمُلْكُوَلَهُالْحَمْدُيُحْيِيوَيُمْيتُ،وَهُوَعَلَىكُلِّشَيْءٍقَدِير، عَشْرَ مَرَّاتٍ عَلَى إِثْرِ الْمَغْرِبِ، بَعَثَ اللهَ لَهُ مَسْلَحهً يَحْفَظُونَهُ مِنَ الشَّيْطَانِ حَتَّى يُصْبِحَ، وَكَتَبَ اللهُ لَهُ بَهَا عَشْرَ حَسَنَاتٍ مُوجِبَاتٍ وَمَحَى عَنْهُ عَشْرَ سَيِّئاتٍ مُوْبِقَاتٍ وَكَانَتْ لَهُ بِعَدْلِ عَشْرِ رِقَابٍ مُؤْمِنَاتٍ». قال الشيخ الألباني : حسن