KUSUF NAMAZINA ÇAĞIRIŞ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ لَمَّا كَسَفَتْ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نُودِيَ إِنَّ الصَّلَاةَ جَامِعَةٌ
Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbərin zamanında günəş tutulduqda cəmaat namazına (toplanmaq üçün) nida edildi”972.
الذكر والدعاء والاستغفار عند الكسوف
KUSUF NAMAZINDA DUA VƏ İSTİĞFAR عَنْ أَبِي مُوسَى قَالَ خَسَفَتْ الشَّمْسُ فَقَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَزِعًا يَخْشَى أَنْ تَكُونَ السَّاعَةُ فَأَتَى الْمَسْجِدَ فَصَلَّى بِأَطْوَلِ قِيَامٍ وَرُكُوعٍ وَسُجُودٍ رَأَيْتُهُ قَطُّ يَفْعَلُهُ وَقَالَ هَذِهِ الْآيَاتُ الَّتِي يُرْسِلُ اللَّهُ لَا تَكُونُ لِمَوْتِ أَحَدٍ وَلَا لِحَيَاتِهِ وَلَكِنْ {يُخَوِّفُاللَّهُبِهِعِبَادَهُ} فَإِذَا رَأَيْتُمْ شَيْئًا مِنْ ذَلِكَ فَافْزَعُوا إِلَى ذِكْرِهِ وَدُعَائِهِ وَاسْتِغْفَارِهِ.
Əbu Musa rəvayət edir ki, Günəş tutulduğu vaxt Peyğəmbər qiyamət qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını görməmişdim. (Namazı bitirdikdən sonra) buyurdu: “Allahın göndərdiyi bu dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə baş vermir. Fəqət, Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!”973.