Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə173/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   169   170   171   172   173   174   175   176   ...   386
ما يفعل عند نزول المطر

YAĞIŞ YAĞARKƏN NƏ EDİLİR
عن أنس : أصابنا ونحن مع رسول الله  مطر. قال: فحسَرََ رسول الله  ثوبَه حتى أصابه من المطر فقلنا: يا رسولَ الله لمَ صَنَعْتَ هذا؟ قال: ((لأنه حديثُ عهْد بربِّهِ )) قال الشيخ الألباني : صحيح
Ənəs  rəvayət edir ki, bir dəfə Peyğəmbər  ilə bərabər yağmura tutulduq. Peyğəmbər  libasını sıxararaq (bədənini) yağış ilə islatdı. Biz: “Ya Rəsulullah! Nə üçün belə etdin?” dedik. O: “Bu yağış Rəbbim (tərəfindən) təzə olduğu üçün belə etdim”1010.
الذكر بعد نزول المغيث

YAĞIŞIN YAĞMASINDAN SONRA EDİLƏN ZİKR
عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَاةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنْ اللَّيْلَةِ فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ الله: أَصْبَحَ مِنْ عِبَادِي مُؤْمِنٌ بِي وَكَافِرٌ فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ فَذَلِكَ مُؤْمِنٌ بِي وَكَافِرٌ بِالْكَوْكَبِ وَأَمَّا مَنْ قَالَ بِنَوْءِ كَذَا وَكَذَا فَذَلِكَ كَافِرٌ بِي وَمُؤْمِنٌ بِالْكَوْكَبِ. قال الشيخ الألباني : صحيح
Zeyd İbn Xalid əl-Cuhəni y rəvayət edir ki, Allah Elçisi r Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” (Əshabələr:) “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedilər. Peyğəmbər r dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. (Başqa rəvayətdə: “Kimisi şükr etmiş, kimisi küfr”). “Mutirnə Bi Fadlilləhi Və Rahmətihi - Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur”- deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər”1011.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin