Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə178/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   174   175   176   177   178   179   180   181   ...   386
السلام اسمٌ من أسماء الله عز وجل

SALAM ALLAHIN ADLARINDAN BİRİDİR
عن أنس قال قال رسول الله صلى الله عليه وسلم ان السلام اسم من أسماء الله تعالى وضعه الله في الأرض فأفشوا السلام بينكم" قال الشيخ الألباني : حسن
Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Salam Uca Allahın adlarından biridir. O, bunu (bir-birinizlə salamlaşasınız deyə) yer üzünə qoymuşdur. Elə isə aranızda salamı yayın”1027.
عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ : عَنِ النَّبِيِّ  أَنَّهُ قَالَ: «إِنَّ السَّلاَمَ اسمٌ مِنْ أَسْمَاءِ اللهِ وَضَعَهُ فِي الأرْضِ فَأَفْشُوهُ بَينَكُمْ، فَإِنَّ الرَّجُلَ الْمُسْلِم إِذَا مَرَّ بِقَومٍ فَسَلَّمَ عَلِيهِم فَرَدُّوا عَلَيهِ، كَانَ لَهُ عَلَيهِم فَضْلُ دَرَجَةٍ بِتَذكِيرِهِ إِيَّاهُمُ السَّلاَمَ، فَإِنْ لَمْ يَرُدُّوا عَلَيهِ، رَدَّ عَلَيهِ مَنْ هُوَ خَيرٌ مِنْهُمْ وَأَطْيِب» قال الشيخ الألباني : صحيح
Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Həqiqətən, Salam Allahın adlarından biridir. O, bunu (bir-birinizlə salamlaşasınız deyə) yer üzünə qoymuşdur. Elə isə aranızda salamı yayın! Müsəlman bir kimsə bir qövmün yanından ötərək onlara salam versə, onlar da onun salamını alarsa, həmin qövmdən bir dərəcə üstün olar. Çünki o adam salamı onların yadına saldı. Yox əgər onun salamını almasalar, (qəm yeməsin) onlardan daha xeyirli və daha pak olan (bir mələk) onun salamını alar”1028.
عن بن مسعود قال كانوا يصلون خلف النبي صلى الله عليه وسلم قال القائل السلام على الله فلما قضى النبي صلى الله عليه وسلم صلاته قال من القائل السلام على الله إن الله هو السلام ولكن قولوا التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي و رحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله قال وقد كانوا يتعلمونها كما يتعلم أحدكم السورة من القرآن" قال الشيخ الألباني : صحيح
İbn Məsud  rəvayət edir ki, (səhabələr) Peyğəmbərin  arxasında namaz qılırdılar. Onlardan biri dedi: “Allaha salam olsun!” Peyğəmbər  namazını bitirdikdən sonra dedi: “Allaha salam olsun!”- deyən kim idi? Salam Allahın Özüdür. Lakin siz belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”. Onlar bu duanı sizlərdən birinin Qur'andan surə əzbərlədiyi kimi əzbərləyərdilər1029.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin