SALAM VERMƏYİN VƏSFİ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ -صلى الله عليه وسلم- فَقَالَ السَّلاَمُعَلَيْكُمْ. فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ثُمَّ جَلَسَ فَقَالَ النَّبِىُّ -صلى الله عليه وسلم- « عَشْرٌ ». ثُمَّ جَاءَ آخَرُ فَقَالَ السَّلاَمُعَلَيْكُمْوَرَحْمَةُاللَّهِ. فَرَدَّ عَلَيْهِ فَجَلَسَ فَقَالَ « عِشْرُونَ ». ثُمَّ جَاءَ آخَرُ فَقَالَالسَّلاَمُعَلَيْكُمْوَرَحْمَةُاللَّهِوَبَرَكَاتُهُ. فَرَدَّ عَلَيْهِ فَجَلَسَ فَقَالَ « ثَلاَثُونَ » )فقام رجل من المجلس ولم يسلم فقال رسول الله صلى الله عليه وسلم ما أوشك ما نسي صاحبكم إذا جاء أحدكم المجلس فليسلم فإن بدا له أن يجلس فليجلس وإذا قام فليسلم ما الأولى بأحق من الآخرة"(. قال الشيخ الألباني : صحيح
İmran İbn Huseyn rəvayət edir ki, Peyğəmbər (məclisdə ikən) bir kişi gəlib: “Əs-Səlamu AleykumYə Rəsulullah!”- dedi və oturdu. Peyğəmbər ona salamı qaytardı və buyurdu: “10 (savab vardır)”. Başqa bir kişi gəlib: “Əs-Səlamu Aleykum Və Rahmətullah!”- dedi və oturdu. Peyğəmbər ona salamı qaytarıb buyurdu: “20 (savab vardır)”. Başqa bir kişi gəlib: “Əs-Səlamu Aleykum Və Rahmətullahi Və Bərəkatuhu!”- dedi və oturdu. Peyğəmbər ona salamı qaytarıb buyurdu: “30 (savab vardır) (Başqa rəvayətdə: Bir kişi məclisdən qalxıb salam vermədi. Peyğəmbər: “Dostunuz (salamını) nə tez unutdu. Sizdən biriniz məclisə gəldiyi zaman salam versin. Əgər (orada) oturmağı məsləhət bilsə otursun. Məclisdən durub getdikdə də salam versin. Əvvəlki salam sonuncu salamdan daha üstün deyildir)”1030.
عن عمر قال : كنت رديف أبي بكر فيمر على القوم فيقول السلامعليكم فيقولون السلامعليكمورحمةالله ويقول السلامعليكمورحمةالله فيقولون السلامعليكمورحمةاللهوبركاته فقال أبو بكر فضلنا الناس اليوم بزيادة كثيرة. قال الشيخ الألباني : صحيح
Ömər rəvayət edir ki, mən Əbu Bəkrin tərkində idim. Bir camaatın yanından keçdikdə (onlara): “Əs-Səlamu Aleykum!”- deyər, onlar da: “Əs-Səlamu Aleykum Və Rahmətullah!”- deyərdilər. Əbu Bəkr: “Əs-Səlamu Aleykum Və Rahmətullah!”- deyər, onlar da: “Əs-Səlamu Aleykum Və Rahmətullahi Və Bərəkatuhu!”- deyərdilər. Əbu Bəkr: “Bu gün insanlar daha çox fəzilətlə bizi üstələdilər”1031.