Dua Etdikdən Sonra Əlləri Üzə Sürtməyin Müstəhəb (Doğru) Olduğunu Söyləyənlərin Dəlilləri: Buna iki hədis dəlildir. Lakin hədislərin hər ikisi də zəifdir. İnşəallah bu haqda daha ətraflı danışacağıq. Ömər rəvayət edir ki, Peyğəmbər əllərini qaldıraraq Allaha dua etdikdən sonra onları (əllərini) üzünə sürtmədikcə aşağı salmazdı"145. İmam Əbu İsa ət-Tirmizi bu hədisi rəvayət etdikdən sonra deyir ki: "Bu səhih, lakin Qərib (bir ravidən rəvayət edilən) hədisdir. Bu haqda biz yalnız Həmməd İbn İsadan bilirik. Bu hədis yalnız ondan rəvayət edilmişdir. Az hədis rəvayət etməsinə baxmayaraq insanlar ondan hədis rəvayət edərdilər". Tirmizinin sözlərinə baxmayaraq bir çox imamlar bu ravini olduqca zəif saymışlar. Məs: Əbu Hatim deyir ki: "Hədisdə zəifdir". Əbu Davud deyir ki: "O, zəif ravidir və rədd edilmiş hədislər rəvayət edər". Həmçinin – Həkim, Darakutni, İbn Hibban və s. Bu cür sözlər söyləmişlər. İbn Məhkul deyir ki: "Onlar (Muhəddislər) onu zəif ravi hesab etmişlər"146. Hətta hədis elmində hədisin səhih olması üçün öz mülayim şərtləri ilə seçilən İmam Həkim də onu zəif ravi saymışdır. Həmçinin onun rəyini İmam Zəhəbi dəstəkləmişdir147. Həmçinin Hafiz İrakli, Şeyx əl-Albani deyir ki: "Rəvayətlərinin səhih dərəcəyə qalxması üçün bu ravi olduqca zəifdir"148.
Başqa rəvayətdə: Saib İbn Yəzid atasından rəvayət edir ki, Peyğəmbər əllərini qaldıraraq Allaha dua etdikdən sonra əllərini üzünə sürtərdi"149. Həfsə İbn Hişam səbəbilə hədis zəifdir. Həmçinin İbn Lyaxia imamlar tərəfindən zəif qəbul edilmişdir. Digər Dəlilləri: İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: "Duanızı bitirdikdən sonra əllərinizi üzünüzə sürtün (məsh) edin"150.
Bu hədis imamlar tərəfindən zəif qəbul edilmişdir. İmam Buxarinin söylədiyi kimi: "Sənəddə olan Saleh İbn Həsən qəbul edilməz ravidir". İmam Nəsəi deyir ki: "Onun hədisləri yalanına görə rədd edilir". İbn Hibban deyir ki: "O, musiqiyə qulaq asar və müğənnilər saxlayaradı. Həmçinin yalandan hədislər rəvayət edər və onları səhih (etibarlı) ravilərə isnad edərdi". İbn Əbu Hatim deyir ki: "Öz atamdan bu ravi barəsində soruşdum o: "Rədd edilmiş (munkər)"151. İbnul Covzi bu hədisi zəif hesab etmiş, həmçinin Hafiz əl-Busayri "əz-Zəvaid" deyir ki: "Bu hədis alimlərin icması ilə Saleh İbn Həsən səbəbilə zəifdir". Həmçinin bu hədisin İbn Abbasdan başqa rəvayət yolları da vardır: Lakin bütün bu rəvayətlər zəifdir. Onların raviləri arasında İsa İbn Meymun etibarlı ravi sayılmaz152. İmam Nəsəi, İbn Hibban deyirlər ki: "O, hədislər rəvayət edir ki, hər biri uydurmadır". Həmçinin ravilər arasında AbdulMəlik İbn Muhəmməd, Əbu Davud onun zəif olduğunu söyləmişdir, Həmçinin Abdullah İbn Yaqub vardır ki, kimliyi bilinmir. Həmçinin Həkim rəvayət etdiyi hədisin ravilərindən olan Muhəmməd İbn Muaya vardır ki, İmam Darakutni onu yalançı adlandırmışdır. İmam Əbu Davud deyir ki: "Muhəmməd İbn Kəbdən rəvayət edilir ki, hər bir rəvayət də zəifdir". Bu hədislərə zəif deyən imamlardan: İbn Nasr, İmam Nəvəvi, İbn Teymiyyə153.
Bütün bu deyilənlərdən aydın oldu ki, bu hədislərin zəifliyində heç bir şübhə yoxdur. Dua etdikdən sonra əlləri üzə sürtməyin icazəli olduğunu söyləyənlərin digər dəlliləri bəzi səhabələrin əməlləridir: Əbu Nuaym, o da Vəhbdən rəvayət edir ki: "Mən gördüm ki, İbn Ömər və İbn əz-Zubeyr dua etdikdən sonra əlləri ilə üzlərinə sürtərdilər (məsh) edərdilər (Onlar dua etdikdə ovuclarını üzə tərəf çevirərdilər)"154. Hədisin ravilərindən olan Muhəmməd İbn Fuleyh İbn Suleyman əl-Aslam barəsində alimlər fikir ayrılığıdadırlar. Bəziləri onu etibarlı sayarkən, digərləri zəif qəbul etmişlər. İmam Ukayl deyir ki: "Onun hədisləri qəbul edilməz". Hədisdə məşhur olan Yəhyə İbn Məin də onu zəif qəbul etmişdir. Həmçinin ravilərdən olan atası Fuleyh İbn Suleyman əl-Aslamdır. Oğlundan fərqli olaraq daha zəif ravidir. Muhəmməd İbn Şeybə deyir ki: "Mən İbn Mədinidan onun barəsində soruşdum. O: "O, və qardaşı zəif ravilərdir". İmam Ukayl və Curcani onu zəif ravilər kitabında qeyd etmişlər. Hafiz İbn Həcər "Taqrib" 5443 deyir ki: "O, sadiqdir, lakin çox xəta edərdi". İbn Həcərin bu cür yanaşması ravinin zəif olmasına dəlildir. Çox az ehtimal var ki, Fuleyh Vəhbdən bu rəvayəti eşitsin. Vəhb 128-ci ildə vəfat etmişdir, Fuleyh isə 168-ci ildə. Bütün bunlara rəğmən hədis səhih sayıla bilməz. Əsrimizin Muhəddisi əl-Albani hədisə "Zəif" demişdir.
O, ki qaldı Vitr və ya digər beş namazların birində Qunut dualarında dua etdikdən sonra əlləri üzə sürtməyə heç şübhəsiz ki, bu heç bir zəif dəlili belə olmayan bidət bir əməldir. Səhih hədislərdə Əhməd 3/137, Təbərani "Sağir" 1/111, "Səhih" Peyğəmbərin 70 Quran hafizini qətl edən müşriklər əleyhində Qunutda dua etməsi, həmçinin Ömərdən rəvayət edilən hədisdə Peyğəmbərin Ramazan ayında Qunutda etdiyi dualar səhih isnadla bizə çatmışdır. Lakin onların heç birində Peyğəmbərin dua etdikdən sonra əllərini üzünə sürtməsi rəvayət edilməmişdir. Nə Peyğəmbərdən , nə səhabələrdə belə bir şey rəvayət edilməmişdir və bu əməl Bidət olan bir əməldir. İmam Beyhəqi deyir ki: "Qunut duaları zamanı (namaz əsnasında) əlləri üzə məsh etmək barədə Sələflərdən heç bir şey varid olmamışdır. Bu barədə bir xəbər gəlmiş olsa da belə namazdan qeyri vaxta olan rəvayətlərdir. Bu da Peyğəmbərdən zəif olaraq rəvayət edilmişdir. Bir çox kimsələrdə namazdan kənarda dua əsnasında belə edərdilər. O, ki qaldı bu əməlin namaz əsnasında etməyə nə Peyğəmbərdən , nə səhabələrdən bu barədə səhih bir rəvayət yoxdur. Sələflərin yoluna uyğun olaraq bu kimi şeyləri tərk etmək daha doğru olardı. Yəni – namaz əsnasında Qunut dualarında dua etdikdən sonra əlləri (üzə sürtmədən) yana salmaq"155.
Bir çox imamlar istər namaz əsnasında, istərsə də namazdan kənarda dua etdikdən sonra əlləri üzə məsh etməyi qadağan etmişlər. İmam İbn Nasr "Qiyam əl-Leyl" deyir ki, İmam Məlikdən dua etdikdən sonra əlləri üzə sürtmək barəsində soruşduq o: "Bu barədə heç bir məlumat yoxdur" dedi. Həmçinin İbn əl-Mubarak dua etdikdən sonra əlləri üzə məsh etmək barəsində soruşduqda o: "Sufyan əs-Souri bunu pisləyərdi" dedi. İmam İbnul Covzi "İlya" deyir ki: "Əhməd İbn Hənbəl deyir ki: Mən bu əməli Həsənul Bəsridən başqa edən bir kimsə tanımıram". İmam Nəvəvi "Məcmua" deyir ki: "Daha gözəldir ki, belə etməyəsən". İmam İzz İbn AbdusSalam deyir ki: "Cahillərdən başqa heç kəs dua etdikdən sonra əlləri üzə məsh etmir"156.
Dostları ilə paylaş: |