Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə181/386
tarix03.01.2022
ölçüsü17,81 Mb.
#51323
1   ...   177   178   179   180   181   182   183   184   ...   386
من لم يرد السلام

SALAMI QAYTARMAYAN KİMSƏ
عن عبد الله بن الصامت قال قلت لأبي ذر مررت بعبد الرحمن بن أم الحكم فسلمت فما رد علي شيئا فقال يا بن أخي ما يكون عليك من ذلك رد عليك من هو خير منه ملك عن يمينه" قال الشيخ الألباني : صحيح
Abdullah İbn Samit  rəvayət edir ki, mən Əbu Zərə  dedim: “Mən AbdurRəhman İbn Ummul Həkəmin yanından keçərkən ona salam verdim, lakin o, mənim salamımı almadı”. Əbu Zərr: “Ey qardaşım oğlu! Məgər bununla sənin əleyhinə nə isə olurmu? Sənin salamını, ondan da xeyirlisi, onun sağında duran bir mələk aldı”1035.
عن عبد الله قال ان السلام اسم من أسماء الله وضعه الله في الأرض فأفشوه بينكم إن الرجل إذا سلم على القوم فردوا عليه كانت له عليهم فضل درجة لأنه ذكرهم السلام وإن لم يرد عليه رد عليه من هو خير منه وأطيب" قال الشيخ الألباني : صحيح
Abdullah  rəvayət edir ki: “Həqiqətən, Salam Allahın adlarından biridir. O, bunu (bir-birinizlə salamlaşasınız deyə) yer üzünə qoymuşdur. Elə isə aranızda salamı yayın. Əgər bir kişi camaata salam versə, onlar da onun salamını alarsa, onların fəziləti bir dərəcə artar. Çünki o adam salamı onların yadına saldı. Yox əgər onun salamını almasalar, (qəm yeməsin) onlardan daha xeyirli və daha təmiz olan (bir mələk) onun salamını alar”1036.
عن الحسن قال التسليم تطوع والرد فريضة" قال الشيخ الألباني : صحيح
Həsən  rəvayət edir ki: “Salam vermək müstəhəbdir, onu almaq isə vacib”1037.
عن أبي هريرة قال أبخل الناس الذي يبخل بالسلام وإن أعجز الناس من عجز بالدعاء" قال الشيخ الألباني : صحيح
Əbu Hureyra  rəvayət edir ki: “Ən xəsis adam, salam verməyə xəsislik edən şəxsdir və ən aciz adam, dua etməkdə aciz qalan şəxsdir”1038.

Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin