Müxaliflərin Gətirdikləri Şübhələrə Verilən Cavab: Dua etdikdən sonra əlləri üzə sürtməyin müstəhəb (doğru) olduğunu söyləyənlər bu hədislərin zəif olması ilə razılaşırlar. Lakin onlar qeyd edirlər ki, bu hədislər bir-birilərini qüvvətləndirərək həsən dərəcəsinə çatırlar. Bu barədə onlar Hafiz İbn Həcər və İbn Manavi əsaslanırlar. Lakin alimlər həm onlara, həm də zəif hədisləri qüvvətləndirənlərə etiraz edərək deyilrər ki: Hər zaman eyni mövzuda olan bir neçə zəif hədisi qüvvətləndirərək həsən dərəcəsinə qaldırmaq olmaz. Hafiz İbn Salam deyir ki: "Hər zəif hədis özünə bənzər digər zəif hədisilə güclənərək səhih dərəcəsinə çatmır. Onlar içərisində bir-birilərini gücləndirən hədislərdə var, zəif qalan hədislər də"157. Zəif hədislərin bir-birilərini qüvvətləndirməsi üçün vacibdir ki, hədisin zəifliyi ravinin hifzinin zəifliyindən, rəvayət etdiyi zaman xəta etməsindən aslı olsun, nəbadə yalanda, saxtalaşdırmada və günahda ittiham olunsun. Bu hal da muhəddislərə yaxşı tanışdır, eyni zamanda İbn Həcər və Manavi 158. O, ki qaldı onların gətirdiyi iki hədisə və onların digər yollardan gələn ləfzlərinə, biz görürük ki, onların hər birinin zəif olmasına səbəb ravilərin yalanda və saxtalaşdırmada ittiham olunmasıdır. Əli İbn Əbu Talib, Abdullah İbn Məsud, Muaz İbn Cəbəl, Əbu Dərda, İbn Ömər, İbn Abbas, Ənəs İbn Malik, Əbu Hureyrə və Əbu Səid əl-Xudri - Allah Onlardan Razı Olsun - bir çox rəvayətlər və başqa ləfzlərlə Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Kim ki, ummətim üçün dini ilə əlaqəli qırx hədisi əzbərləyib yadda saxlayarsa, Qiyamət günü Allah onu fəqihlər və alimlər zümrəsində həşr edər». Başqa rəvayətdə: Peyğəmbər buyurdu: «Allah onu fəqih və alim olaraq həşr edər». Əbu Dərdanın rəvayətində isə: Peyğəmbər buyurdu: «Qiyamət günü mən ona şəfaətçi və şahid olaram»159. İmam İbni Mulyakkin deyir ki: "Bu hədis 20-yə yaxın rəvayət yolları vardır". Lakin imamlardan heç kimsə onların bir-birini gücləndirdiyini söyləməmişdir. İmam Nəvəvi deyir ki: "Alimlər bu hədislərin bir neçə yoldan gəlməsinə baxmayaraq zəif saymışlar"160. Bu həmçinin müzakirə etdiyimiz hədislərə də aiddir. əl-Albani deyir ki: "Bu iki hədisin bir-birilərini gücləndirdiyini söyləmək doğru olmaz. Çünki onların zəifliyi ciddidir"161.
Dua etdikdən sonra əlləri üzə məsh etməyin doğru olduğunu söyləyənlər deyirlər ki: Alimlərin bu qadağanı namaza aiddir, namazdan kənarda yox". Lakin bu kimi iddia xəta və alimlərin sözlərini yozmaqdır. İbn Teymiyyə : "Bir çox insanların namazdan sonra etdikləri (Yəni: Dua etdikdən sonra əlləri üzə sürtmək) Sünnədirmi? Deyə soruşulduqda o: "Peyğəmbərin dua zamanı əllərini qaldırması bir çox səhih hədis vasitəsilə bizə çatmışdır. O, ki qaldı dua etdikdən sonra üzə məsh etməyə bu barədə bir-iki zəif hədisdən başqa səhih heç bir məlumat yoxdur"162.
Dostları ilə paylaş: |