SALAMA ÖNCƏ BAŞLAMAQ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيِّ عَنْ أَبِي أَيُّوبَ الْأَنْصَارِيِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَا يَحِلُّ لِرَجُلٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ يَلْتَقِيَانِ فَيُعْرِضُ هَذَا وَيُعْرِضُ هَذَا وَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلَامِ. قال الشيخ الألباني : صحيح
Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayanıdır”1093.
عن سعيد بن عبيد عن بشير بن يسار قال : ما كان أحد يبدأ أو يبدر بن عمر بالسلام. قال الشيخ الألباني : صحيح
Buşeyr İbn Yəsar deyir ki: “İbn Ömərə birinci salam verən və ya (salam verdikdə) onu qabaqlayan bir kimsə olmamışdır”1094.
عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ «إِنَّ أَوْلَى النَّاسِ بِاللَّهِ مَنْ بَدَأَهُمْ بِالسَّلاَمِ» قال الشيخ الألباني : صحيح
Əbu Umamə rəvayət edir ki, Allah Elçisi buyurdu: “İnsanların Allaha ən yaxın olanı ilk salam verəndir“1095.
عن أبي أمامة قال قيل : يا رسول الله الرجلان يلتقيان أيهما يبدأ بالسلام فقال أولاهما بالله. قال الشيخ الألباني : صحيح
Əbu Uməmə rəvayət edir ki, (bir nəfər): “Yə Rəsulullah! İki adam qarşılaşdıqları zaman hansı ilk olaraq salama başlayır?”. Peyğəmbər: “Allaha ən yaxın olanı” deyə buyurdu1096.