İŞARƏ İLƏ SALAMIN QADAĞAN EDİLMƏSİ عن عطاء بن أبي رباح قال : كانوا يكرهون التسليم باليد ، أو قال : كان يكره التسليم باليد. قال الشيخ الألباني : صحيح
Əta İbn Əbu Rəbah rəvayət edir ki, (səhabələr) əl ilə (işarə edib) salam verməyi xoşlamazdılar1099.
عن عمرو بن شعيب عن أبيه عن جده : أن رسول الله صلى الله عليه و سلم قال ليس منا من تشبه بغيرنا لا تشبهوا باليهود ولا بالنصاري فإن تسليم اليهود الإشارة بالأصابع وتسليم النصارى الإشارة بالأكف قال الشيخ الألباني : حسن
Amr İbn Şueyb atasından, o da öz babasından rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bizdən başqalarına bənzəməyə çalışanlar bizdən deyildir. Yəhudi və Nəsranilərə bənzəməyin. Çünki Yəhudilərin salamlaşmaları barmaq işarəsi, Xristianların salamlaşması isə əl (əlin içi) ilə işarə etməklə olur”1100.
عن جابر بن عبد الله قال : قال رسول الله صلى الله عليه و سلم السلام قبل الكلام. قال الشيخ الألباني : حسن
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Salam danışmaqdan öncədir”1101.