ÇƏTİNƏ DÜŞDÜKDƏ EDİLƏN DUA عن أنس بن مالك أن رسول الله قال: اللَّهُمَّلَاسَهْلَإِلَّامَاجَعَلْتَهُسَهْلًا, وَأَنْتَتَجْعَلُالْحَزَنَإِذَاشِئْتَسَهْلًا. قال الشيخ الألباني : صحيح
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahummə Lə Səhlə İllə Mə Cə’altəhu Səhlən Və Əntə Təc’alul Həznə İzə Şi’tə Səhlən – Allahım! Sənin asanlaşdırdığından başqa asan olan bir şey yoxdur. Sən istəsən, çətin işi asanlaşdırarsan!»1122.
ما جاء في دعاء الحاجة
EHTİYAC ZAMANI EDİLƏN DUA عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى الأَسْلَمِيِّ ، قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : مَنْ كَانَتْ لَهُ حَاجَةٌ إِلَى اللهِ ، أَوْ إِلَى أَحَدٍ مِنْ خَلْقِهِ ، فَلْيَتَوَضَّأْ وَلْيُصَلِّ رَكْعَتَيْنِ ، ثُمَّ لِيَقُلْ : لاَإِلَهَإِلاَّاللَّهُالْحَلِيمُالْكَرِيمُ،سُبْحَانَاللهِرَبِّالْعَرْشِالْعَظِيمِ،الْحَمْدُلِلَّهِرَبِّالْعَالَمِينَ،اللَّهُمَّإِنِّيأَسْأَلُكَمُوجِبَاتِرَحْمَتِكَ،وَعَزَائِمَمَغْفِرَتِكَ،وَالْغَنِيمَةَمِنْكُلِّبِرٍّ،وَالسَّلاَمَةَمِنْكُلِّإِثْمٍ،أَسْأَلُكَأَلاَّتَدَعَلِيذَنْبًاإِلاَّغَفَرْتَهُ،وَلاَهَمًّاإِلاَّفَرَّجْتَهُ،وَلاَحَاجَةًهِيَلَكَرِضًاإِلاَّقَضَيْتَهَالِي ، ثُمَّ لِيَسْأَلْ مِنْ أَمْرِ الدُّنْيَا وَالآخِرَةِ مَا شَاءَ ، فَإِنَّهُ يُقَدَّرُ. قال الشيخ الألباني : ضعيف جدا
Abdullah İbn Əbi Aufa əl-Əsləmi rəvayət edir ki, Peyğəmbər yanımıza gələrək buyurdu: “Hər hansı bir kimsənin Allah yanında bir ehtiyacı olarsa və ya Allahın məxluqatından bir kimsənin yanında ehtiyacı olarsa dəstnamaz alıb iki rükət namaz qılsın və belə dua etsin: “Lə İləhə İlləllahul Həlimul Kərim, Subhənəllahi Rabbil Arşil Azim, Əlhəmdulilləhi Rabbil Aləmin, Allahummə İnni Əsəlukə Mucibəti Rahmətikə Və Azəimə Məğfiratikə, Vəl Ğanimətə Min Kulli Birr, Vəs Sələməti Min Kulli İsm, Əsəlukə Əllə Tədəa Li Zənbən İllə Ğafərtəhu, Və Lə Həmmə İllə Fərractəhu, Və Lə Həcətən Hiyə Ləkə Rıdan İllə Qadaytəhə Li – Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur! Əzəmətli Ərşin sahibi pak və nöqsansızdır! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Allahım! Sənin rəhmətinə vəsilə olan səbəbləri, məğfirətini qazandıracaq (yolları), hər bir yaxşılığın qənimətini, hər bir günahdan salamtda olmağı Səndən diləyirəm! (Allahım) Hər günahımı bağışlamağını, hər kədərimi aparmağını, rızana uyğun hər bir ehtiyacımı yerinə yetirməyini Səndən diləyirəm! Sonra dünya və axirət ilə bağlı dilədiyini Allahdan istə. Şübhəsiz ki, o, dilək təqdir edilmişdir”1123.