TƏRİF ETMƏYİN HÖKMÜ? Peyğəmbər tərif etdikdə həddi aşmağı və tərif olunan üçün bir fitnə olmasından qorxduğu üçün tərif etməyi qadağan edərdi. Peyğəmbər tərifi töhmətləyərdi, çünki o insanı öz şəxsi gözündə ucaldır və təkəbbürlüyə səbəbdir. Bu isə Tövhidin kamilliyinə ziddir. Buna görə də ən çətin sınaqlar zamanı belə Allah Rəsulu aləmlərin Rəbbi qarşısında alçalardı. Bu Allaha itaətə, Onun qarşısında qorxmağa və təvəzökarlığa aparır. Allah qarşısında alçalmağa can atmayan hər kəs Onun hüququna əl uzadır. Çünkü, Mutəkəbbir yalnız Allahdır.
أَبِى هُرَيْرَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « الْعِزُّ إِزَارُهُ وَالْكِبْرِيَاءُ رِدَاؤُهُ فَمَنْ يُنَازِعُنِى عَذَّبْتُهُ ».
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Allah buyurdu): “İzzət və təkəbbürlük Mənim libaslarımdır. Kim bunlardan birinə şərik olmaq istəsə, ona əzab verərəm”1140.